Niyə oğul ananı, qız atanı qısqanır?

Niyə oğul ananı, qız atanı qısqanır?
Bir Ana - Bir Bala
10.09.2017 76
Uşaq vaxtlarımızda hər birimiz ata-anamızı qısqanmamış olmarıq. Hər bir uşaq valideynlərindən özünə qarşı daha çox nəvaziş, diqqət istər. 3-6 yaş aralığında bu, daha çox artar. Uşaqlar valideynlərini qısqanmağa başlayarlar. Bəzən bu, uşaqlarda kompleksə çevrilər.

 

Edip kompleksi nədir?

Edip kompleksi – oğlan uşağının anasına qarşı duyduğu şüuraltı yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuntular kompleksinə verilən addır.

Freydin qurucusu olduğu psixoanalitik nəzəriyyəyə görə, qarşı cins olan valideynləri sahiblənmə və öz cinsindən valideynləri itələmə mövzusunda uşağın bəslədiyi duyğu, düşüncə, impuls və fantaziyaların cəmidir.

Oğlan uşaqlarında anasını sahiblənmə duyğusu yaranır. Sanki hər zaman atasından anasını qorumağa çalışır. Atasının anasını əlindən alacağı düşüncəsində olur. Gecələr anası ilə bərabər yatmaq istəyi yaranır. Atasını özünə rəqib kimi görür.

Oğlan uşaqlarında bu dönəmlərdə "Atam kimi davransam, anam mənə daha yaxın olar” fikirləri yaranır.

 

Elektra kompleksi nədir?

Elektra kompleksi – qız uşağının atasına olan sevgisi, anasını atasına qısqanmaq və anasını özünə rəqib kimi görməkdir.

"Qız uşaqlarının ilk sevgisi atası olur” – deyə bir deyim vardır. Bəzi uşaqlar atasına "mən böyüyəndə səninlə evlənəcəm” kimi fikirlər söyləyirlər. Anasını əvəz etməyə çalışırlar. Makiyaj edir, anasının əşyalarından istifadə edir, atalarına daha qəşəng görünmək istəyi olur. Bu dönəmdə analarından uzaqlaşar, atalarına daha çox bağlanarlar.

Bu dönəmdə həm oğlan uşaqları, həm də qız uşaqlarında ana-ata ilə yatmaq istəyi yaranar. Tək yatmaq fikri ilə razılaşmaq istəməzlər və bunu haqsızlıq kimi görərlər.

Belə vaxtlarda ana-ata əsəbləşmək, uşağa cəza vermək əvəzinə, səbrli olmalı, göstərdikləri sevgidən daha çox sevgi göstərməlidirlər. Uşaqlara ailədə hər kəsin ayrı yeri olduğu fikri izah olunmalıdır.



Xəzər Universitetinin psixologiya fakültəsinin III kurs tələbəsi

Aysel Məmmədzadə
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!