Körpəni doğulan kimi sünnət etmək olarmı?

Körpəni doğulan kimi sünnət etmək olarmı?
Bir Ana - Bir Bala
10.09.2017 9
Sünnət oğlan uşaqlarına edilən cərrahi müdaxilədir. Əvvəl sünnət üçün uşağın məktəb dövrünə çatması gözlənirdi. Son dövrlər isə yeni doğulan körpələrin sünnəti olduqca geniş yayılıb. Körpənin doğumundan 24-48 saat sonra, bəzən isə ilk bir aya qədər həyata keçirilən sünnət uşağı daha böyük yaşlarda yaşaya biləcəyi sünnət travmasından qorumaqla yanaşı, sidik sistemi infeksiyaları riskini də 10 qat  azaldır.



Sünnət prosesi 15-20 dəqiqə davam edir. Hər dəfə körpənin altını dəyişdirərkən həkimlərin məsləhət gördüyü məlhəmi sürtmək və körpəni tez-tez əmizdirmək lazımdır.

Körpə ilk günlər sünnət edilməzsə, ilk bir ay bəzən 40 günə qədər sünnət edilə bilər.



Sünnət körpəyə narkoz verilmədən həyata keçirildiyi üçün risk yoxdur. Qanamaya nəzarət çox asan olur. Yara çox tez sağalır. İki gün sonra rahatlıqla çimizdirilə bilər.  Sünnət sonrası anadan istənilən əsas şey uşağın bol-bol əmizdirilməsidir. Əmən körpənin gəvşəməsi, rahatlaması, doyması ağrı hissini azaldacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!