Uşaqlarınız üçün çox əhəmiyyətli meyvələr

Uşaqlarınız üçün çox əhəmiyyətli meyvələr
Bir Ana - Bir Bala
10.09.2017 12
Uşaqlarınız üçün çox əhəmiyyətli olan meyvələr onların qidalanmasının mühüm bir hissəsidir. Axşam yeməyindən əvvəl iki yerə bölünmüş bir alma çox faydalı olacaq. Həm də unutmayın ki, alma nə qədər rənglidirsə, bir o qədər də faydalıdır. Təzə, tünd qırmızı meyvə və tərəvəzlər antioksidan baxımından zəgindir.



Uşaqlara tərəvəz yedizdirmək o qədər də asan deyil. Tərəvəzləri yeməklər qataraq verin və bir az yaradıcı olun. Yaşıl yarpaqlı tərəvəzlər, ispanaq, çuğundur qandakı oksigeni artırar və tərkibində qanı təmizləyən xlorofil olduğundan uşaqlar üçün faydalıdır.



Çərəzlər uşaqların yağ ehtiyaclarını sağlam şəkildə qarşılayar və enerji qazandırar.



Yer fındığı əzməsi mükəmməl bir protein, maqnezium, dəmir qaynağıdır. Kəpəkli çörəklə bir yerdə uşaqlarınıza sendviç hazırlaya bilərsiniz.



Balıq uşaqlarınızın sağlamlığı üçün çox əhəmiyyətlidir. Ton balığının tərkibindəki protein, omeqa 3 uşağınızın inkişafı üçün olduqca xeyirlidir.



Uşaqlarınızın yeməklərinə mütləq pendir əlavə edin. Yağsız, süzmə pendir və keçi pendirinin ideal protein qaynağı olduğunu unutmayın.



Tam taxıl məhsulları. Kəpəkli makaron, tam taxıl çörəkləri, səhər yeməyi üçün xırtıldayan çörəklər, qara düyü, un... Makaron, plov şəkilində uşaqlarınıza verdiyiniz bu məhsullar protein baxımından zəngindir.



Protein, karbohidrat və dəmir baxımından zəngin olan lobyaları yemək və salatlar şəklində verin.



Patlamış qarğıdalı uşaqların əyləncəsi üçün ideal bir seçimdir.



Su, meyvə suları və süd uşaqların qida rasionunda xüsusi yer tutmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!