Uşaqlar üçün hekayələrdən necə istifadə edilməlidir

Uşaqlar üçün hekayələrdən necə istifadə edilməlidir
Bir Ana - Bir Bala
10.09.2017 15
Uşaqlar hekayə və nağıllara həddindən artıq maraq göstərirlər,
valehedici dastanları sevirlər. Elə bu maraq onlarda təəssürat üçün
zəminə yaradır. Nağıllardan müxtəlif cür istifadə etmək mümkündür.
Əvvəla nağıllar vasitəsilə uşağın təxəyyül gücünü möhkəmləndirmək olar.
Təxəyyül gücünün möhkəmləndirilməsi uşağın yaradıcılığının inkişafına
təsir edir. Buna görə də uşağın xəyal qüvvəsini hərəkətə gətirən xəyali
və real olmayan nağıllardan istifadə edilə bilər, bir şərtlə ki, bu
məsələdə də həddən kənara çıxılmasın. Yoxsa uşaq xəyalpərəst bir varlığa
çevrilər.



Hekayə və nağıllar müxtəlif istiqamətlərdən dərs verə bilər. Hekayələr
vasitəsilə düzgün davranış nümunələrini dolayı yolla uşağa öyrətmək
olar.



Hekayələri seçərkən diqqət etmək lazımdır ki, uşağa pis dərs olmasın!



Bəxt, şans, bəzi şeylərin, xüsusilə on üç rəqəminin nəhs olması kimi
mövzular və təəssüf ki, bayağı mədəniyyətlə qarışmış bu kimi bir çox
xurafatlar uşaq üçün zərərlidir. Hekayələr uşaqlarda heysiyyət, qeyrət,
mənlik, şücaət, humanizm (insansevərlik), ürəyigenişlik, özünəinam və
sair kimi mənəvi dəyərləri yaratmalı və uşaqların zehninə və
psixologiyasına acizlik, tabeçilik, bacarıqsızlıq kimi dəyərsizlikləri
təlqin etməməlidir.



Uşaq nağıllarının əsas prinsipi xeyirxahlığın gözəlliyini ifadə etmək olmalıdır, nəinki pisliklərin çirkinliyini!



Uşağın saf və sevincli ruhunu gözəllik və yaxşılıqların ətirilə oxşayıb
bəsləmək lazımdır. Təcrübələr göstərmişdir ki, biz uşağa pis nümunələri
örnək gətirib tənqid etsək də, o, şüursuz şəkildə həmin pis nümunələrin
təsiri altına düşüb, tənqidimizə əhəmiyyət verməyə bilər. Məsələn, uşağa
nəzakətli, intizamlı və təmiz olmağı öyrətmək istədikdə, nəzakət,
intizam və təmizliyin yaxşı təsirlərindən söz açmalı, hekayəmizin
sevimli qəhrəmanını bu sifətlərlə tanıtmalıyıq, nəinki nəzakətsizlik,
intizamsızlıq və natəmizliyin mənfi təsirlərindən söz açmlıyıq. Hətta
əgər bu mənfi məsələlər haqqında danışsaq da, onları müsbət
xüsusiyyətlərin çərçivəsinə salmalıyıq.



Həmçinin mənəvi dəyərlər haqqında ümumi söz açmağın yerinə, uşaqların
anlayacağı nümunələrdən danışmalıyıq. Məsələn, uşağa belə
deməməliyik:”Təmizlik yaxşıdır”, əksinə, oynadıqdan sonra oyuncaqları
toplamaq, öz paltar və əşyalarını yerinə qoymaq və bu kimi sair
təmizliyin örnəyi olan işləri anlatmalıyıq.



Quranda peyğəmbərlərin və yaxşı əməl sahiblərinin haqqında gələn
hekayələrdən istifadə etmək olar, lakin keçmiş xalqların düçar olduqları
əzabları uşaqlara açıqlamamalıyıq. Əksinə Allahın rəhmətindən,
peyğəmbərlərin uşaqlarla mehribanlığından daha çox danışmalıyıq.



Nəhayət, hekayələrin sonunda nəticə gətirməməliyik, məsələn, deməməliyik
ki, bu hekayədən nəticə alırıq ki, nəzakətli və ya intizamlı olmaq
yaxşıdır. Bu cür nəticələr dolayı yolla olan təlimín birbaşa-vasitəsiz
təlimə çevrilməsinə və təsirin azalmasına səbəb olur. Buna görə nəticə
almaq məsələsini uşağın öz öhdəsinə qoymaq lazımdır. O, mütləq hekayənin
mövzusundan təsirlənəcək və birbaşa nəticə almağa da ehtiyac yoxdur.



Hekayələrin ən mühüm üstünlüklərindən biri sözü birbaşa deməməsindədir.



Ana öz bildiyi hekayələrdən əlavə uşaqların bu yaş dövrünə aid olan
nağıl kitablarından da istifadə edə bilər. Lakin kitab seçərkən diqqətli
olmaq lazımdır. Təəssüflər olsun ki, kitab bazarı, xüsusilə də uşaq
kitabları ticari hədəflərlə qarışdırılmış, bəzən isə ümumiyyətlə, öz
əsas hədəfindən yayınmışdır. Bu kitabların bəziləri, hətta yazı və nəsr
yönündən də uşaqlar üçün uyğun deyil, bəziləri isə pis örnək olduqları
üçün onlardan uzaqlaşmaq gərəkdir. Kitab seçərkən onun müəllifinə,
xüsusilə də hansı nəşriyyatın onu yayınlandığına diqqət göstərmək, bu
haqda mütəxəssislərlə məsləhətləşmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!