Uşaqların əsassız istəkləri qarşısında təslim olmayaq

Uşaqların əsassız istəkləri qarşısında təslim olmayaq
Bir Ana - Bir Bala
10.09.2017 11
Uşaq böyüdükcə müxtəlif ehtiyacları yaranır, onun tələb və istəkləri
artmağa başlayır. Ata-ana bu təbii ehtiyacları əsaslı şəkildə təmin
etməlidirlər. Bu ehtiyaclar təmin edilməzsə, yaxud ata-ana tərəfindən
gözardına vurularsa uşağın davranışında problem yaranar və uşaq-valideyn
münasibəti keyfiyyətli nəticə verməz. Lakin uşaqların ağlabatmayan,
əsassız istəkləri də olur və çox vaxt zor vasitəsilə onu əldə etməyə
çalışırlar. Körpə yaşlarda uşağın silahı göz yaşları, sonrakı illərdə
göz yaşları ilə yanaşı qışqırıb-bağırmaq, küsmək və bu kimi işlərdir.
Belə hallarda valideyn, xüsusilə də ana uşağın əsassız istəkləri
qarşısında müqavimət göstərməli, uşağın göz yaşlarına,
qışqırıb-bağırmasına təslim olmamalıdır.



Əgər bu üsul bir neçə dəfə təkrar edilərsə, uşaq ağlayıb haray salmaqla
hər işi görə bilməyəcəyini və hər istədiyini əldə edə bilməyəcəyini
anlayar. Nəticədə öz hərəkətlərini yenidən gözdən keçirməyə başlayar.



Bəzi analar uşaqların belə istəkləri qarşısında müqavimət göstərmir, nəticədə uşaq ərköyünləşib zorakılıq göstərir.



Bu dövrdə uşağa sərbəstlik verib, mehribanlıq göstərməyin lazım olduğunu
vurğulamaqda məqsədimiz uşaqların ağlabatmayan istəklərinə tabe olmaq,
yaxud onları ərköyün və zorakı yetişdirmək deyil.



Hər bir işdə, hətta çox istəmək, hörmət qoymaq, sərbəstlik vermək və bu kimi işlərdə mübaliğə, həddini aşmaq düzgün deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!