Yalanı uşağa kim öyrədir?

Yalanı uşağa kim öyrədir?
Bir Ana - Bir Bala
10.09.2017 9
Övlad – ailəni ailə kimi qoruyan!

Övlad – olmayanda ailələr dağılar!

Övlad – uğruna can verilə biləcək varlıq!




Övlad anlayışını və onunla başlayan problemləri burada qeyd etməyə
başlasam, bəlkə də bitməz, xüsusilə Azərbaycan ailəsindəki övlad üçün.
Amma bu gün ümumi övlad anlayışına deyil, onunla bağlı bəzi
problemlərdən birinə toxunmaq istəyirəm. Təxminən hər dörd ailədən
birində rast gəlinən bu problem uşaqların yalan danışmasıdır.



Gəlin araşdıraq: 4-6 yaş arasında olan uşaqlar yalanı hardan öyrənir?



Apardığım müşahidələr zamanı aşkara çıxdı ki, biz uşaqlarımıza çox vaxt
yalanı və başqa bu tip pis keyfiyyətləri özümüz öyrədirik. Ya
bilərəkdən, ya bilməyərəkdən bu keyfiyyətlərin toxumunu uşağın beyninə
səpirik .



Yəqin bunu oxuyan an hamınız "ola bilməz” deyəcəksiniz .



Amma gəlin misallar verim : Ailədə kişi xanımının hansısa qohumunu
sevmir və məsələn, onun evlərinə gəlməsini istəmir. Nəhayətində bu
istənilməyən qonaq evə gəlir və ər – kişi işdədi. Qadın ailədə
söz-söhbət duşməsin deyə uşaqlara tapşırır ki, axşam ata evə gələndə
filankəs xalanın bizə gəldiyini deməyin. Hətta bəzən ata sizdən soruşsa
belə gəlmədiyini deyin ...



Yüzlərlə belə misallar çəkmək olar. Amma yuxarıda çəkdiyim bu bir
misalla kifayətləndim. Həyatınıza baxın, nə qədər belə oxşar hadisələr
baş verir.



İndidən uşaqlarınızı zəhərləməyin . İndi uşaq kimi baxdığınız övladınız gələcəyin parlaq simasıdır.



Kökü yalandan qoyulan heç bir iş uğurlu alına bilməz .



Nəzərə alın və heç olmasa həyatınıza tətbiq edinскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!