Uşaqların təhsilə münasibətində valideynin rolu

Uşaqların təhsilə münasibətində valideynin rolu
Bir Ana - Bir Bala
10.09.2017 7
Uşaqlarda təhsilin doğumdan sonra başlamasıyla birlikdə, hər yaşda
fərqli motor bacarıqlarının inkişafı psixoloji vəziyyətləri haqqında
ipucu verir. Sevgi, şəfqət, empati, eyni zamanda qaydalar, sərhədlər və
məsuliyyətləri gözəl bir ailə mühitində nizamlayıb dinc və xoşbəxt
böyümələrini təmin etmək, məktəb əvvəli təhsildə faydalı olacaq.



Ana-ata nəzarəti uşağın insanlığını əks etdirir.

Ana-atalar məktəb əvvəli məktəbin və oxumanın uşağa qazancları haqqında
nümunələrlə danışa, özlərindən də nümunələr verərək ömür boyu
yoldaşlıqlar, xoş xatirələr, əyləncələr, məktəbdə öyrəndiklərini xüsusi
həyatda necə tətbiq etmək; məktəbin daha sonrakı peşə və təhsil üçün
vacibliyini və qazanclarını izah edərək sevdirə bilirlər.



Ana-ata idarəsi; sərhədləri tanıma və qaydaları öyrənmənin təməlidir.
Burada ola biləcək axsaqlıqlar asılı, təcavüzkar, zəif şəxsiyyətləri
meydana gəlməsinə səbəb olar. Uşaqların dağıdaraq, sınayaraq öyrəndiyini
qeyd edən Psixoterapevt: «Hər şeyi uşağınızın yerinə edib, önünə hazır
qoysanız normal inkişafına və öyrənməsinə mane olmuş olarsınız. Uşaq
inkişaf edə, yetkinləşə və gözləməyi öyrənə bilməz. Bu uşaqlar məktəbə
başladıqlarında dərsin sonuna qədər oturmağı bacara bilməzlər»-
xəbərdarlığını etdi.



Məktəb çağındakı uşaqla necə maraqlanmalı?

Ailə tərəfindən birlikdə zaman keçirmək və bu zamanı problem danışmaq
üçün deyil birlikdə oyunlar oynayaraq əyləncəli bir birlikdəliyə
çevirmək təsirli olacaq.



Uşağı məktəb seçkisində də qərar mərhələsinə cəlb etsəniz uşaq, özünün
gələcəyi ilə əlaqədar bir qərarda məsuliyyət dərk edər, məktəbi və
məktəb həyatını daha çox sahiblənər və özünə inamı artar.



1. Məktəbin uşaq üzərində məsuliyyət və fərdi inkişaf vasitəsi olduğunu
unutmamaq, ana-ata olaraq uşaqları yarışa çıxmış fərdlər olaraq
görməmək, yalnız məktəblə əlaqədar məsələlərə nəzarət etməmək, uşağın
başqa ehtiyaclarını da müşahidə edib bu ehtiyaclarını aradan qaldırmaq
da çox önəmlidir.



2. Uşaq məktəbdə müvəffəqiyyətli olduğu zaman mükafatlandırılaraq özünə olan etibarı və motivasiyası inkişaf etdirilməlidir.



3. Uşağa mənəvi dayaq verib, etibarını artırmaq, qayğı və narahatlıqlarını azaltmaq mühüm əhəmiyyət kəsb edir.



4. Onunla ailə tərəfindən və ya birəbir onun xoşlandığı bir məşğuliyyət
paylaşmaq. Məsələn; oturub birlikdə onun musiqisini dinləmək. Sonunda
fikirimiz nə olursa olsun, səy əhəmiyyətlidir. Beləliklə hörmətli və
dürüst davranış nümunəsi meydana gələr.



5. Nələri sevər, nələri sevməz, onu maraqlanıb öyrənmək.



6. Onu anlamağa çalışmaq, çətin də olsa hadisələri onun baxımından ələ alıb onun probleminə həssas yanaşmaq.



7. Sevginizi açıq bir şəkildə göstərin ki, xeyr dediyinizdə verdiyiniz
qərarlara hörmət etsin, sizi qorxduğu üçün deyil saydığı üçün dinləsin.



8. Ona hörmət etmək, onu ciddi qəbul etmək, şəxsiyyəti haqqında yalnız
mənfilikləri deyil, yaxşı tərəflərini da görüb bunu müəyyən etmək,
onunla qürur duyduğumuzu hiss etdirmək lazımdı.



Övladlarınızın uğurlu olmağını istəyirsizsə ilk öncə onları tanıyın,
dinləyin, hörmət edin ki, sabah da böyüyəndə sizə hörmət etsinlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!