Uşaq çimməkdən qorxur. Nə edim?

Uşaq çimməkdən qorxur. Nə edim?
Bir Ana - Bir Bala
10.09.2017 53
Valideynlər bu problemlə tez-tez üzləşir. Körpə çimməkdən qorxur, su ilə
dolu vanna görəndə ağlayır, qışqırır. Bu vəziyyətdə nə etmək lazımdır?



Yenidoğulmuş körpə sudan qorxmur. 9 ay ərzində ana bətnində olarkən
körpə suya öyrəşib, su körpə üçün doğma mühitdir. Su uşağa çox müsbət
təsir edir, suda olduqda körpə rahatlaşır, sakitləşir. Məhz bu səbəbdən
həkimlər körpələri tez-tez çimizdirməyi (xüsusilə axşam yatmazdan əvvəl)
tövsiyə edirlər. Bütün valideynlər bilir ki, çiməndən sonra körpə daha
yaxşı yatır.



Əgər körpə sudan qorxmağa başlayıbsa, bunun səbəbi əksər hallarda böyüklərin düzgün olmayan, təcrübəsiz hərəkətləridir.



İlk növbədə suyun temperaturuna fikir verin. Soyuq və ya çox isti suya
salınan uşaq bunu yadında saxlayacaq və növbəti dəfə su görəndə
ağlayacaq. Bu səbəbdən uşağı 36-38 C kimi qızdırılmış suda çimizdirmək
lazımdır. Suyun hərarətini əlinizlə yox, dirsəyinizlə yoxlayın - su
bədən temperaturunda və ya bir qədər daha isti olmalıdır. Xüsusi su
termometrlərindən də istifadə etmək olar. Bu daha rahatdır.



Körpəni çox ehtiyatla çimizdirin. Körpə ananın əlindən sürüşüb vannaya
düşərsə, bu körpənin yadında qalacaq və növbəti dəfə körpə sudan
qorxacaq. Əgər sizin təcrübəniz yoxdursa, təcrübəli adamı (nənə, baba və
s.) köməyə çağırın.



Körpəni çimizdirərkən xüsusi uşaqlar üçün olan şampunlardan istifadə
edin. Bu şampunlar körpənin gözlərini qıcıqlandırmır. Ümumillikdə
şampundan, sabundan və s. bu kimi vasitələrdən həftədə 1-2 dəfə istifadə
etmək olar. Digər vaxtlarda uşağı adi suda çimizdirin. Suya otların
dəmləmələrini əlavə edin - çobanyastığı, adaçayı və s. Dəmləməni
düzəltmək üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində
dəmlənilir, süzülür və uşağı çimizdirmək üçün olan vannaya əlavə olunur.



Körpəni çimizdirmək üçün xüsusi kreslo almaq olar. Bu kreslo vannaya
bərkidilir və ana körpəni tam rahat çimizdirə bilər. Vannanın dibinə
xüsusi kiçik rezin xalça sərin ki, uşağın ayaqları sürüşməsin (körpə
bundan qorxur).



Daha böyük uşaqları çimizdirdikdə vannaya oyuncaqlar atın (bu
oyuncaqları yalnız uşaq çiməndə istifadə edin), şampunu köpüklədin
(köpüklər uşaqların xoşuna gəlir, uşaqlar köpüklərlə oynamağı
xoşlayırlar), vanna otağına şarlar gətirin. Fikirləşin, fantaziyanızı
işlədin.



Əgər uşaq vannaya oturmaq istəmirsə, lakin ayaq üstə çimməyə razıdır, uşağı zorla otuzdurmayın.



Bəzi uşaqlar duşda çimməyi xoşlayır, vannada isə xoşlamır. Bu da böyük problem deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!