Uşaqların sağlam boy atması üçün təkliflər

Uşaqların sağlam boy atması üçün təkliflər
Bir Ana - Bir Bala
10.09.2017 19
Boy uzanmasına genetik faktorlar qədər ekoloji faktorlar da təsir edir.
Bu ekoloji faktorların başında isə bəslənmə iştirak edir. Ekspert
Diyetoloq Yeşim İşgüzar, sağlam boy uzanması üçün uşaqların inkişaf
dövründə nələr istehlak etmələri lazım olduğunu sıraladı və bu mövzuda
valideynlərə müxtəlif təkliflər etdi.



•Kalsium və fosforun sümük inkişafına müsbət təsir etməsi üçün gündə 2
su stəkanı qədər süd və ya süd məhsulu istifadə etməsini təmin edin.



•Uşaqlıq çağından etibarən qidalanmasına bitki mənşəli kalsium qaynağı
olan cəfəri, təzə nanə, semizotu kimi yaşıl yarpaqlı tərəvəzləri mütləq
əlavə edin.



•Boy uzanmasında kafi zülal istehlakı əhəmiyyətli olduğundan gündə 120
qram (4 boşqab ət ya da toyuq) əti mütləq gündəlik yeməyinə əlavə edin.



•Sümük inkişafı və böyümə hormonuna müsbət təsiri olan, omeqa-3 cəhətdən
olduqca zəngin bir qida olan balığı həftədə 2 dəfə istehlak etməsinə
diqqət edin. Balıq yeməyən bir uşağınız varsa həkimin məsləhəti ilə həb
olaraq balıq yağı təmin edə bilərsiniz.



•Ət istehlak etməyi sevməyən uşaqların gündəlik zülal alışını təmin edə
bilmək üçün yeməyinə hər gün 1 boşqab quru paxlalı yeməyi əlavə edin.



•Sink, böyümə və inkişafda təsirli olan müxtəlif hormonların çalışması
üçün lazımlı bir mineraldır. Gündəlik olaraq alınan bir ovuc qabıqlı
toxum (fındıq, fıstıq, qoz və s.), bədəndə sink qaynağı olaraq istifadə
edilər.



•Balıq yağı, dəniz məhsulları və ya içərisinə D vitamini əlavə olunmuş
süd məhsullarını istehlak etməsini, eyni zamanda kafi günəş işığı
almasını təmin edin.



•Yetərli B12 vitamini də boy uzanmasına təsir edən bir ünsürdür və qida
qaynağı yalnız qırmızı ətdir. Kafi miqdarda qırmızı ət istehlakı bu
ehtiyacı qarşılayacaq.



•Lazımlı vitamin və mineral alışı üçün gündəlik 5 boşqab çiy tərəvəz və meyvəyə mütləq yeməklərində yer verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!