Uşaq utancaqlığı piylənməyə gətirib çıxarır

Uşaq utancaqlığı piylənməyə gətirib çıxarır
Bir Ana - Bir Bala
10.09.2017 16
Alimlər müəyyən ediblər ki, həmyaşıdları ilə ünsiyyət problemi olan utancaq uşaqlar köklüyə daha çox meyilli olurlar.

mütəxəssislər tədqiqata 9-11 yaş arasında 8346 uşaq cəlb ediblər.
Onlara həmyaşıdları ilə ünsiyyət qurmaq, valideynləri və yaxından
tanımadıqları adamlarla ümumi dil tapmaq bacarıqları barədə suallar
verilib. Məlum olub ki, təbiətən utancaq, özünə arxayın olmayan, gülünc
vəziyyətə düşməkdən qorxan uşaqlar digər uşaqlarla ünsiyyət zamanı
tez-tez stress keçirirlər və nəticədə çoxlu miqdarda kalorili qida və
şirniyyat yeməyə üz tuturlar. Çox vaxt belə uşaqların 11 yaşından artıq
çəki problemləri olur. Bu isə onların özlərinə qapanmaları, heç yerə
getməmək və heç kəslə ünsiyyətdə olmamaları üçün yeni bir səbəb
deməkdir.



Alimlər hesab edirlər ki, uşaqlara utancaqlıqla mübarizədə kömək etmək
lazımdır. Bunu birinci növbədə valideynlər etməlidir. Özünə inamı
olmayan uşaqları ruhlandırmaq, onlarda əminlik hissi oyatmaq lazımdır.
Utancaqlıqla isə mübarizə aparmaq lazımdır. Bu mübarizənin yolları uşağa
ünsiyyət qurmağı öyrətmək, əyləncəli hobbi tapmaq, onu idmana cəlb
etməkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!