Manej uşaqların yerişini pozur

Manej uşaqların yerişini pozur
Bir Ana - Bir Bala
10.09.2017 44
Ailələrə rahatlıq bəxş etdiyi üçün istifadə edilən uşaq manejləri yerimə pozuntularına səbəb olduğu kimi qəzaları da özülə birgə gətirir. Ana və atalar manej istifadə edərlərsə, uşağın daha tez yeriyəcəyini düşünürlər. Eyni zamanda uşaq üçün əyləncəli və başqatan biri əşya olduğunu hesab edirlər.

 

Araşdırmaçılar isə manejlərin uşaqların yeriməsinə heç cür təsir etmədiyini ortaya çıxarıb. Üstəlik uşağın yeriməyni bir neçə həftə gecikdirdiyi ortaya qoyulub. Bu uşaqlar anormal yerimə qazanır və barmaq ucunda yeriyərlər.

 

Bundan başqa manej istifadə edən uşaqlar çox zaman pilləkəndən yıxılma, sürətli sürdüyü üçün bir yerlərə çırpılma kimi təhlükəli qəzalara məruz qalırlar. Manej sayəsində əli hündürə çatan uşaqlar masa örtüyünü çəkərək isti çayı üzərinə tökə, tok olan yerlərə toxuna bilərlər.

 

Manejlər 1 saniyədə 1 metrdən çox hərəkət etdiyi üçün onu dayandırmaq çətin olur..

 

Amerika pediatrları artıq manejlərin qadağasını tələb edir. Kanadada isə onların istehsal və satışı çoxdan dayandırılıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!