Körpəni yuxuya vermək üçün məsləhətlər

Körpəni yuxuya vermək üçün məsləhətlər
Bir Ana - Bir Bala
10.09.2017 35
Normal yuxu uşağın inkişafı və sağlamlığı üçün olduqca vacibdir.
Lakin bəzən valideynlər uşaqlarda ciddi yuxu pozulmaları ilə üzləşir -
uşaq yuxuya gedə bilmir, əziyyət çəkir, ağlayır, gecəni pis yatır,
tez-tez oyanır və s.

Uşağın normal yatmamağı bəzi ailələr üçün əsl problemə çevrilir.



Bu vəziyyətdə nə məsləhət görmək olar?



Mütəxəssislər uşağı daha tez və asan yuxuya vermək üçün bu kimi vasitələrdən istifadə etmək tövsiyə edir:



- həyatın ilk aylarında süni monoton küy uşağa sakitləşdirici təsir edir
və yuxuya getməyə kömək edir. Bunun üçün işləyən məişət cihazların
(fen, tozsoran, paltaryuyan maşı) səsini istifadə etmək olar. İşləyən
cihazın səsini diktofona yazmaq olar.



- sakit musiqi də uşağı sakitləşdirir və yatızdırır.



- uşaq çarpayıların üzərində asılan oyuncaqların hərəkətləri və səsi uşağı yatızdırır.



- bəzi uşaqlara yuxuya getməyə müxtəlif əşyalar kömək edir (yumşaq oyuncaq, yumşaq dəsmal, ananın paltarı və s.).



- uşağınız süni süd qarışıqları ilə qidalandırılırsa, ona əmzik verə
bilərsiniz. 1 yaşına kimi olan uşaqda ən güclü reflekslərdən biri əmmə
refleksidir. Ana südü almayan uşaq daha az əmir və öz əmmə tələbini
ödəyə bilmir. Bunun üçün uşağa əmzik (bəzən 2-ni, 3-nü) vermək olar.
Əmzik uşağı sakitləşdirir və yuxuya getməyə kömək edir.



Ana südü ilə qidalandırılan uşağı yuxuya vermək üçün ən yaxşı və asan
vasitə körpəni əmizdirməkdir. Ana südü ilə qidalandırılan uşağa əmziyin
verilməsi tövsiyə edilmir.



- yuxudan əvvəl uşağı açıq havada gəzdirmək olar. Bu da uşağa yuxuya getmək üçün kömək edir.



- çox narahat uşağı yatmazdan əvvəl yüngül (sıx yox!) bələmək olar. Bu üsuldan yalnız nadir hallarda istifadə etmək olar!



- yatmazdan əvvəl uşağı çimizdirin, ona yüngül massaj edin. Bu vasitələr
də uşağı sakitləşdirir və tez yuxuya getməyə kömək edir.



Təbii ki, sadaladığımız vasitələr bütün uşaqlara uyğun gəlməyə bilər. Öz
vasitənizi axtarın. Uşağın şirin yuxusu üçün bütün mümkün olan
vasitələrdən istifadə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!