Oğul böyüdən anaların 7 səhvi

Oğul böyüdən anaların 7 səhvi
Bir Ana - Bir Bala
10.09.2017 22
Sirr deyil ki, bəzən böyüməkdə olan oğlan uşağının yeganə
tərbiyəçisi ana olur. Bunun çoxsaylı səbəbləri ola bilər. Ancaq
psixoloqların fikrincə, belə analar bir qayda olaraq eyni səhvlərə yol
verirlər.

Birinci səhv - həddən artıq qayğı göstərmək. "Ana uşağı" ifadəsi də məhz
buradan yaranır. İfrat dərəcədə qayğı və "hiperhimayə" oğlan uşağını
böyük həyat üçün tamamilə yararsız edir.



İkinci səhv – əgər ana təkrarən öz xoşbəxtliyi naminə deyil, yalnız
uşağının atası olsun deyə ərə gedirsə, bu, böyüməkdə olan oğlan uşağında
ailə haqqında təsəvvürlərin formalaşmasına təsirsiz ötüşə bilməz. Hətta
ola bilər ki, qeyri-səmimi münasibətlər fonunda bu təsəvvürlər təhrifə
məruz qalsın.



Üçüncü səhv – kişilərə qarşı mənfi münasibəti oğluna ötürmək. Ola bilər
ki, uşağın atası həqiqətən də anasına, eləcə də övladına qarşı doğru
davranmayıb. Lakin bu, oğlan uşağını atasının da Yer üzünün bütün
kişiləri kimi miskin və ya satqın biri olduğuna inandırmağa və bu ruhda
tərbiyə etməyə əsas vermir.



Dördüncü səhv – uşağın qarşısında özünü günahkar hiss etmək. Bu hiss
adətən o zaman baş qaldırır ki, boşanmanın təşəbbüskarı ana özü olur və
yaxud da uşağı "özü üçün" dünyaya gətirir. Müqəssirlik hissi ailədə ana
ilə oğul arasında hərtərəfli münasibətin bərqərar olmasına maneə
törədir, bu isə çox vaxt böyüməkdə olan uşağın psixikasında sınmalara
gətirib çıxarır.



Beşinci səhv - qəhrəman ata obrazı uydurmaq. Tənha analar oğullarına
atasının təyyarəçi və ya kosmonavt olmasından, yaxud qəhrəmancasına
həlak olmasından danışırlar. Təəssüf ki, sonradan gerçəklərin üzə
çıxması uşağın psixoloji durumuna mənfi təsir göstərir.



Altıncı səhv - həyatdakı uğursuzluqlarında uşağı təqsirkar bilmək. Ən
yaxın adamı tərəfindən körpəyə edilən bu kimi ittihamlar çox vaxt onun
bütün həyatı boyu çəkəcəyi yükə çevrilir.



Yeddinci səhv – laqeydlik və biganəlik. Hətta ana iş ilə həddən artıq
məşğul olsa belə, bu, övladının ehtiyac və maraqlarına diqqətsiz qalmağa
bəhanə ola bilməz. Uşaqlıq çağlarında övlada göstərilən bu biganəlik
onun özünü qiymətləndirməsinə öldürücü təsir göstərir. Laqeyd və daima
məşğul anaların tərbiyə etdiyi ailələrdə oğlan uşaqları özünə inamsız
böyüyür və depressiyaya meyilli olurlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!