Hansı qadınların uşaqları çox ağıllı olur?

Hansı qadınların uşaqları çox ağıllı olur?
Bir Ana - Bir Bala
10.09.2017 15
Bir çox araşdırma ağlın genetik faktorlardan təsirləndiyi ortaya qoyub.
Ancaq genetik faktorlardan başqa kənar təsirlərin də rolu var. Hamilə
qadınlar aşağıda yazılanlara əməl etməklə uşağının ağlını artıra bilər.



Hamiləlikdə Mozart ya da Beethoven dinləmək qadını sakitlışdirir. Ana
namizədlərinin çoxu uşağının musiqi zövqünü artırmaq üçün klassik
musiqiyə qulaq asır. Bəs, bu həqiqətdirmi? Bu üsul hamilə qadının
dincəlməsinə kömək edə bilər lakin uşağın ağıllı olması üçün başqa
üsullar da var.



Düzgün qidalanma, sağlamlıq vəziyyəti, hətta qadının duyğusal halı belə
uşağın beyin inkişafına təsir edir. Aşağıda yazılanlar 100 faiz təsdiq
olunmasa da, sağlamlıq baxımından inanılır və tövsiyə edilir.



1.Tiroidinizi kontrol edin - Aşağı tiroid bezi hamiləlikdə ana
namizədlərinin 2 faizinə təsir edir. Aparılan araşdırmalarda məlum olub
ki, bu anaların uşaqlarının ağlı digər uşaqlara görə az inkişaf edir.
Lakin tiroid testi bahalı olduğu üçün hamiləlik zamanı yoxlanılmır.
Üşümə, yorğunluq, saç tökülməsi kimi tiroit hormonu azlığına işarə verən
şikayətləriniz varsa, bu testdən keçin.



2. Hərəkət edin - Clevelanddakı Case Western Reserve Universitetində
araşdırma sonunda maraqlı nəticələr əldə edilib. Hamiləlik zamanı məşq
edən 20 ananın uşaqları 5 yaşın çatan zaman yoxlanılıb. Məlum olub ki,
onların uşaqları digərləri ilə müqayisədə daha ağıllıdır.



3. İdeal miqdarda kilo alın – Həkimlər bədən ağırlığının 20 faizi qədər
kilo almağın yetərli olduğunu deyib. Alınan kilo miqdarı uşağın
ağırlığını və çox güman ki, beyin böyüklüyünü və zəkasını
müəyyənləşdirir.



4. Diş kontrolu edin – Hamiləlik zamanı dişlərində problemi olan
anaların dünyaya daha az çəkidə uşaq gətirmə riski yüksəkdir. Bu uşaqlar
inkişafında çətinlik yaradır.



5. Vitaminlər – B12 və dəmir intellektual potensilanı artırır. Uşağa
yetərli dəmir verməyi qidalar təmin etmir. Odur ki, hamiləlik zamanı
tərkibində dəmir olan dərmanlar qəbul edin.



6. Sevincinizi itirməyin – Uşağın hissiyatı doğmazdan əvvəl yaranır. Bu
baxımdan özünü yaxşı hiss edən ana namizədi körpəsi ana qarnında ikən
sevincli və şən olmalıdır. Bu uşaqların beyininə də təsir edir.



7. Qidalanmanıza fikir verin – Hamiləlik zamanı yaxşı qidalanmaq beyin
inkişafında ən vacib faktorlardan biridir. Ət və yumurta kimi qidalardan
çox yeyin.



8. Uşağınızı əmizdirin – Uşaq dünyaya gəldikdən sonra da onun üçün edə
biləcəyiniz bir sıra işlər var. Hər şeydən əvvəl uşağı mütləq əmzidirin.
Bu uşağın həm ağlını, həm də sağlamlığını müsbət tərəfə doğru
dəyişəcək.



9. Depressiyadan uzaq durun – Hamiləlikdə olduğu kimi, doğuşdan sonra
da depressiyadan uzaq durun. 1.200 ailədə aparılan araşdırmada maraqlı
nəticələr əldə edilib. Anaları depressiv vəziyyətdə olduğu üçün uşaqlar 3
yaşına kimi yaxşı inkişaf etmir. Xüsusən də həmin uşaqların dili gec
inkişaf edir.



10. Dəmiri əskik etməyin – Əlbəttə ki, bütün minerallar uşaqlar üçün
lazımdır. Ancaq dəmirin təsiri böyükdür. Dəmir az olsa, beynin bəzi
kritik nöqtələri az inkişaf edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!