Valideynlərə xəbərdarlıq-uşağınızla yatmayın!

Valideynlərə xəbərdarlıq-uşağınızla yatmayın!
Bir Ana - Bir Bala
10.09.2017 3
Uşağınız sizdən gördüyünü sevgi, eşq kimi qəbul edirsə, gələcəkdə də özündən yaşca böyüklər tərəfindən sevilməyə ehtiyac duyacaq. Sizin ən dəyərliniz, dünyada hiss edilən ən həqiqi sevgi övlad sevgisi ola bilər... Amma bu sevgini ifadə edərkən valideynlərin yol verdiyi bəzi səhvlər var. Uşaqların psixologiyasını və cinsi kimliklərini nəzərə alaraq bu səhvlərdən uzaq durmalısınız.



Uşaq şəxsiyyət olaraq böyümək üçün ana və atanı rol model olaraq qəbuı edir. Ana və atasının münasibəti gələcəkdə əks cinslə quracağı münasibətin təməlini qoyur.



Ona nümunə olun

O, hələ də uşaq ola bilər, həmcins valideyni ilə daha xoşbəxt hiss edə bilər. Ancaq elmi araşdırmalar göstərib ki, uşaqlar 0-6 yaşda əks cinsdən olan valideyninə daha çox maraq göstərirlər. Uzaq və tərs davransa belə, yenə də ona daha çox meyl göstərir. Bu maraq yetkinlikdəki sevgidən çox fərqlidir. Özünü qarşı cins gözündən tanıma, mənlik yaratma, irəlidə qarşı cinslə münasibəti üçün hazırlıq kimidir.



Qız uşağı atası tərəfindən nə qədər çox sevilər, qiymətləndirilərsə, gələcəkdə həyat yoldaşı seçərkən də bu kriteriyalara əhəmiyyət verəcək. Tam tərsi, çox sevdiyi atası tərəfindən soyuq münasibət görərsə, gələcəkdə də bu cür davranan kişini özünə yad hiss etməyəcək.



Uşağınızla yatmayın

Həyat yoldaşınız o biri otaqda, siz də uşağınızla yataq otağındamı yatırsınız? Deməli, həm evliliyiniz, həm də psoxologiyanız təhlüklədədir. Uşaq doğulduğu andan etibarən ayrı otaqda, ayrı yataqda yatmalıdır. Yoxsa həyat yoldaşlarının ayrı yatmasını rol model olaraq qəbul edər. Uşaqlarla bağlı səhvlərinzin fərqinə varıb onları düzəltmək daha doğru olar. Unutmayın, uşaqlar özləri üçün yaxşı olanlara daha tez uyğunlaşırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!