Uşağın immunitetinin aşağı olmasını necə müəyyən etmək olar?

Uşağın immunitetinin aşağı olmasını necə müəyyən etmək olar?
Bir Ana - Bir Bala
10.09.2017 22
İmmun sistemi orqanizmi daxili və xarici "düşmənlərdən” - mikroblar
(viruslar, bakteriyalar, göbələklər), yad hüceyrələr və orqanlardan
(qanköçürmə və orqan köçürülməsi zamanı), özünün dəyişmiş
hüceyrələrindən



(onkoloji xəstəliklərdə) qoruyur. Bütün bunlar sağlam immun sistemi tərəfindən yerinə yetirilir.



Müxtəlif zərərli faktorların (müxtəlif xəstəliklər, natamam qidalanma,
radiasiya və digər zərərli ekoloji faktorlar, xroniki stres halları)
təsiri altında zədələnmiş immun sistemi öz funksiyasını tam şəkildə
yerinə yetirə bilmir. 3-5 yaşına qədər olan uşaqlarda immun sistemi öz
vəzifəsini tam şəkildə yerinə yetirə bilmir, sonra isə sanki "özünu
bərpa edir”. Ancaq bəzi uşaqlarda "özünü bərpa etmə” 5 yaşından sonra da
baş vermir. Onlar yenə də tez-tez və uzun muddət soyuqdəymə ilə, virus
infeksiyaları ilə, irincikli xəstəliklərlə xəstələnirlər. Bu
xəstəlikləri keçirərkən onların immun sistemi daha da zəifləmiş olur.



İmmuniteti aşağı olan uşaqlarda ilk növbədə KRVİ, qrip xəstəlikləri
yüksək hərarətlə müşayiət edilir, onlarda xroniki angina, tez-tez
təkrarlanan bronxitlər, hətta pnevmoniyalara da rast gəlinir. Bundan
başqa, belə uşaqlarda ishal, səbəbsiz köp və qarın ağrıları da
xarakterik hesab olunur. Bəzi uşaqlarda sidik sistemi xəstəlikləri də
təsadüf edilə bilər.



İmmuniteti aşağı olan uşaqlarda hər kiçik yara irinləyərək sağalması
uzun müddət çəkərək dəridə çapıq əmələ gəlməsi ilə başa çatır. Onlarda
tez-tez dodaq ətrafında, ağızda herpetik səpgilər əmələ gəlir, həmçinin
müalicəyə pis tabe olan göbələk xəstəlikləri də olur (müalicədən bir
qədər sonra təkrarən yenə də əmələ gəlirlər). Bundan başqa, immuniteti
aşağı olan uşaqlarda bir çox limfatik (çənəaltı, ön və arxa boyun,
körpücüküstü və altı, qoltuqaltı, qasıq) düyünlərinin böyüməsi də
müşahidə edilir. Bəzi uşaqlarda dalaq da böyümüş ola bilər. Bundan
başqa, belə uşaqlarda adenoid və badamcıqların böyüməsi də müşahidə
edilir. Ancaq onu da qeyd etmək vacibdir ki, böyumüş limfa düyünləri
yumşaq, toxumalarla və dəri ilə birləşməmiş, ağrısız olurlar. Bu da
öz-özlüyündə xəstəlik hesab edilmir.



"Pis” immun sistemi bir çox zərərli faktorlara (toz, bitki tozları, qida
maddələri, kimyəvi maddələr və s.) daha aktiv şəkildə reaksiya verə
bilər ki, bunun nəticəsində allergiya adlanan xəstəlik əmələ gələ bilər.
Uşaqlarda allergiyanın əmələ gəlməsinin əsas səbəbi də immunitetin
aşağı olması hesab olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!