Valideynlər uşaq tərbiyəsində bunları bilməlidir

Valideynlər uşaq tərbiyəsində bunları bilməlidir
Bir Ana - Bir Bala
10.09.2017 11
Uşaqların dünyagörüşü böyüklərdən fərqli olduğundan onların
ehtiyaclarını bilmək düzgün uşaq tərbiyələndirməyin vacib qaydasıdır.



Hər uşaq qiymətləndirilmək, qəbul olunmaq istəyər. Bacardıqları ən kiçik
iş üçün belə, başlarına sığal çəkməniz, tərif deməniz yetərlidir.



Hər uşağın dəyişikliklərə uyğunlaşa bilməsi eyni deyil. Yeni məktəbə
getdiyində, yeni evdə, yeni şəhərdə o ətrafa uyğunlaşması üçün ona
dəstək olmalısız.



Özünü dostları, ya yetkinlərlə müqayisə edib əskik hiss edə bilər. Çox
yaxşı gördüyü işlərdən bəhs edərək sizin də uşaq ikən onun kimi
olduğunuzu, zamanla öyrənərək, təcrübə qazanaraq inkişaf etdiyinizi
anlada bilərsiz



Uşaqlar dünyanın mərkəzində olduqlarını düşünərlər. Onlara paylaşmanın,
yardımlaşmanın verdiyi zövqü daddıraraq ona rol model olaraq kömək edə
bilərsiz.



Bəzi uşaqlar duyğularını ifadə etməkdə çətinlik çəkərlər. Xüsusən də
danışıq çətinliyi olan uşaqlarda bu, daha sıx görülür. Hissini
soruşarkən kəkələməyə başlayar. Bunda ona kömək etməlisiz



Bəzi uşaqlar gördükləri işləri bəyənməzlər. Sizin bəyənmənizə də təəccüb
edərlər. Hər işlərinin arxasınca siz qaçır, bacara bilmədiklərini siz
edirsizsə, bu, onda təkbaşına heç nə bacara bilməyəcəyinə dair bir inanc
yaradır. Bacarma duyğusunu dadmalarına, hər işi çətin də olsa,
özlərinin etməsinə icazə verin.



Uşaqların rol model aldıqları insanlar "hökmran” bir şəxsiyyətə
sahibdirsə , "yox” deməyə öyrəşə bilməzlər. İstəmədikləri bir şeyi
görmələrinə məcbur etməyərək, rəddetmə haqqlarının olduğunu
xatırlatmaqla bu problemi həll edə bilərsiz.



Xəyal gücləri kiçik yalanlar söyləmələrinə yol aça bilər. Dediklərinə
özləri də inandıqları üçün onları günahlandırmaq yersizdir. Bunun
haqqında danışıb həm xəyal gücü üçün onu tərifləyə bilər, həm də
gerçəkərlə üzləşməsinə yardımcı ola bilərsiz. Uşağın səmimi olmasını
istəyirsizsə, onun yanında qətiyyən yalan danışmayın.



Bəzi uşaqlar yetərincə sevilmədiyini düşünüb özlərini dəyərsiz hiss
edərlər. Ya sevgi dilənər, ya da bir şeylər etməklə diqqəti üzərinə
çəkmək istəyərlər. Sevginizi şərtsiz verməklə bunu həll edə bilərsiz.



Ailədaxili şiddətə məruz qalan, ya buna şahid olan uşaqlar güvən
problemi yaşayarlar. Həm özlərinə, həm də başqalarına güvənməzlər. Sevgi
dolu, şiddət olmayan bir ailə mühiti yaratmayınca ondakı bu problemi
həll edə bilmərsiz.



Uşaqların ana, ya ataları kimi olmaq istəmələri təbiidir. Öz fikirlərini
ortaya çıxarmaqdan çəkinir, sadəcə nümunə götürdüyü insan kimi
davranarsa, bununla onun şəxsiyyəti formalaşmaz. Onun öz fikirini
soruşun, zövq aldıqları məsələlərdən danışın.



Uşaqlar səbrsiz olurlar. Gözləməyi digər insanların haqlarına qarşı
hörmət etməyi sizdən öyrənirlər. Siz səbr etməyi bacarır, növbədə
başqasının önünə keçmirsizsə, öyrənmələri asan olacaq.



Son olaraq uşaqlar sizdən gördükləri ilə öyrənirlər, eşitdikləri ilə
deyil. Onu şərtsiz sevər, hərəkətlərinizlə dedikləriniz uyğundursa,
səmimisizsə, özünüzə güvənir, başqalarının haqlarına hörmət edirsizsə,
öz haqqınızı qoruya bilirizsə, yeri gəldiyində "yox” deyə bilirsizsə,
möhtəşəm uşaqlar böyüdəcəyinizə şübhə etməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!