Ögey anaların hamısı ögeymidir?

Ögey anaların hamısı ögeymidir?
Bir Ana - Bir Bala
10.09.2017 7
"Ögey ana" deyəndə yəqin bir çoxumuzun təhtəlşüurunda uşağı incidən, onu müxtəlif işlərə buyuran əzazil xarakterli qadın obrazı canlanır. Roman və seriallarda da gördüyümüz təxminən buna bənzər rollar bizim düşüncələrimizdəki bu obazı daha da möhkəmləndirir.



Ögey ananın psixologiyası

Ögey anaya istəmədən yüklənən bu imic qadının psixologiyasına birbaşa təsir edən faktordur. Ana daim ona yüklənən bu imicdən hisslərini sıxışdırmaqla, iradlarını bildirməmək kimi müxtəlif yollarla qurtulmağa çalışır. Bu üsullar da nəticə etibarı ilə onun psixologiyasında öz təsirini göstərir.



Normalda bioloji ananın öz övladına tərbiyə prosesində asanlıqla ortaya qoyduğu davranışı ögey analar "səhv başa düşülərəm" deyə ögey övladla münasibətdə sərgiləyə bilmir. Ögey analar bəzən uşağa özlərini qəbul etdirmək naminə uşaqların onlara etdikləri hörmətsizliyin üstündən keçir, ona çoxlu hədiyyələr alır, etdikləri bəzi nadinc davranışları atadan gizlədirlər.



Uşağın psixologiyası

Azərbaycan film sənayesinin şedevrlərindən olan "Ögey ana" filmində İsmayılın davranışlarını yəqin xatırlayırsınız. Rejissor və ssenarist bəlkə özləri də bilmədən bu tip uşaqların mükəmməl psixoloji portretini yaradıblar.



İllərdir öyrəşdiyi və vərdiş etdiyi muhitinin bir anda dəyişəcəyini anlayan uşaq bütün yaşananlara ciddi müqavimət göstərməyə başlayacaq. Bu müqavimət yatağa getmə saatından tutmuş, ögey ananın bişirdiyi yeməklərdən imtinaya, anadan ataya yeri gəldi gəlmədi şikayətlər etməyə qədər uzun bir diapazonu əhatə edir.



Bu cür uşaqlarla necə rəftar etməli?

— Uşağı ilk gündən özünüzə "ana" deməyə məcbur etməyin. Bu, sizin onun üzərində hökmranlıq əldə etmək istəyi kimi qavranıla bilər.



— Digərlərinin yanında uşaq haqqında "ərimin uşağı", "o biri uşaq" kimi ifadə səsləndirməkdən çəkinin. Bu, uşaqla sizin aranızdakı sərhəddi daha da dərinləşdirəcək.



— Uşağa "Kimi çox istəyirsən? Məni, ya öz ananı?", — tipli suallar verərək ona sahiblənmə duyğusunu aşılamayın.



— Əgər uşağın bioloji qohumları ilə əlaqəsi varsa, ondan hansısa məqsədlər naminə informasiya almağa çalışmayın. Uşaq bu vəziyyəti anlayacaq və gələcəkdə bu sitautsiyadan öz məqsədləri üçün istifadə edəcək.



— Uşağın bioloji anası (əgər boşanıblarsa) ilə münasibət qurmasına, gedib-gəlməsinə qətiyyən mane olmayın.



Bəs ata necə davranmalıdır?

Uşağın dünya görüşünə görə, ögey ana, atasının evə öz anasına rəqib olaraq gətirdiyi, heç tanımadığı, özünü sevdirməyə çalışan və ailəyə hökmranlıq etmək istəyən bir qadındır. Belə hallarda vəziyyətə müdaxilə etməli olan şəxs atadır. Ata mütləq evlilikdən əvvəl övladı ilə bu barədə danışmalı, evlənəcəyi qadını onun öz anasının yerinə qoymasının vacib olmadığını, bu evliliyin sadəcə onların gələcək həyatını asanlaşdıracağını bildirərək razılıq almalıdır.



Uşağın fikrinin alınması çox önəmlidir və bu davranış gələcəkdə uşağın özgüvəninin formalaşması istiqamətində əvəz edilməzdir. Ata tək olduqda uşağın yanında onun güvənini qazanmaq üçün ögey ana haqqında mənfi rəy yaratmamalı, davranışları uşağın güvənini sarsıtmayacaq tipdə olmalıdır.



Bəzən ögey ana və ata nə qədər mehriban rəftar etsələr belə, uşaqda özünəqapanma, kefsizlik kimi əlamətlər müşahidə olunur. Araşıdırmalar göstərir ki, uşağın bu davranışının kökündə ögey ananın onu həqiqətən sevib sevməməsi şübhəsi dayanır və uşaq belə etməklə bu sevgini bir növ test etmək istəyir. Belə olan hallarda valideynlər "qızılorta"nı tutmağa çalışmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!