Kompyuter uşaqların gözün zəiflədir?

Kompyuter uşaqların gözün zəiflədir?
Bir Ana - Bir Bala
10.09.2017 13
Mütəxəssislər uşaqların kompüter, notbuk kimi cihazların istifadəsinin gözə ziyan olub olmamasına dair açıqlama veriblər. Onlar valideynlərə daha çox göz tənbəlliyi ilə bağlı xəbərdarlıq ediblər.



Uşaqlarda ən gec 4 yaşında göz müayinəsi edilməsi vacibdir. 8-9 yaşlarında təsbit edilən göz xəstəlikləri qalıcı olur. Məktəbə kimi ən az bir dəfə müayinə edilməlidir.



Ən böhranlı yaş 0-9 arası

Ailələri daha çox göz tənbəlliyinə diqqət etməyə çağıran mütəxəssislər deyir ki, göz tənbəlliyi bir gözün digər gözə nisbətən zəif görməsi deməkdir. Ən əsas səbəbi isə eynəkdə iki göz arasında çox fərqli nömrələr olmasıdır. Bir göz digər gözdən fərqlidirsə, beyin o gözü istifadə etmir. 8-9 yaşa kimi göz müalicə edilməzsə, sonra onun görmə keyfiyyətini artırmaq mümkün olmayacaq.



Kompüter, notbuk, televizor gözü zəiflətməz

Uşağın televizora, kompüterə baxması gözünə ziyan deyil, amma televizora çox yaxından baxırsa, bu, gözün zəif olmasına işarədir. Əlbəttə, kompüter, televizor istifadəsinə məhdudiyyətlər qoyulmazsa, göz quruluğu yaşana bilər. Ancaq bu cihazların gözü zəiflətdiyini demək düzgün deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!