Diqqət: uşaq əmizdirən analar bunlardan uzaq dursun

Diqqət: uşaq əmizdirən analar bunlardan uzaq dursun
Bir Ana - Bir Bala
10.09.2017 42
Doğuşdan sonra ananın əsas vəzifəsi körpəsinin sağlam böyüməsi üçün ona ana südü verməkdir.



Süd verən anaların gündəlik necə qidalanmalı olduqları ilə bağlı məsləhət təqdim edirik.



Səhər yeməyi. Bir ana mütləq səhər yeməyi yeməlidir. Şəkərli qida və içkilərin ana südünü artırması ilə bağlı səhv bir inanc var. Halbuki, şirin qida və içkilər süd əmələ gəlməsinə mane olur. Səhərlər 1 ədəd quru əncir və ya 1 çay qaşığı bəhməz yeyin. 1 stəkan da yeni sıxılmış meyvə suyu içilə bilər. İştaha olduğu ölçüdə pendir, yumurta, zeytun yeyin.



Çox unlu yeməklər, nanə və cəfəridən uzaq durmaq lazımdır. Arada çox çay, qəhvə içmək süd yaranmasına mənfi təsir edir. Çay yerinə su qəbulunu artırmaq lazımdır.



Günorta yeməyi. Həzmi rahat, dəyəri yüksək olan qazan yeməkləri, ətli tərəvəz yeməkləri, zeytun yağlı yeməklər yeyin. Su tərkibi yüksək olan ispanaq, çuğundur, yaşıl noxud kimi tərəvəz yeməkləri yeyin. Qızartma, çox yağlı, unlu, şəkərli qidalar, cəfəri və nanədən uzaq durun.



Axşam yeməyi. Həzmi çətin olan, yuxu nizamınızı pozan, qaz yaradan paxlalılar, xiyar kimi çiy tərəvəzlərdən uzaq durun. Axşamlar şorba ilə bişmiş tərəvəz yeməyi yeyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!