Uşağın boşanma şokundan qorunmasının yolları

Uşağın boşanma şokundan qorunmasının yolları
Bir Ana - Bir Bala
10.09.2017 6
Bəzi uşaqların normal, bəzilərinin isə dərin kədər hissi ilə qəbul etdiyi boşanma əslində bütün uşaqları dərindən sarsıdır.

Ailə valideynlərin, uşaqların və bacı-qardaşlar arasındakı
münasibətlərdən ibarət kiçik birlik kimi tanınır. Evlilik vasitəsilə
böyüyən və genişlənən bu birlik ailəyə uşağın gəlişi ilə daha da
möhkəmlənir. Ailədə getdikcə artan məsuliyyət zamanla ər-arvad arasında
konfliktlərin yaranmasına da səbəb olur. Əslində ata-ana olmaq çox ciddi
hazırlıq tələb edən bir haldır. Çünki bu addımın heç bir şəkildə geri
dönüşü yoxdur.



Uşağın fiziki və mənəvi olaraq sağlam böyüməsi üçün ailədə nizamlı həyat
yaşanmalıdır. Ancaq valideynlər arasındakı mübahisələr, davalar
uşaqları sözsüz psixoloji və dolayısı ilə fiziki cəhətdən xəstə etməyə
zəmin yaradır. Təbii ki, ardı-arası kəsilməyən mübahisələr nəticəsində
boşanmaq qaçılmaz qərara çevrilir.



Boşanma ən bəsit şəkildə ər-arvad arasında münasibətlərin sona çatması
kimi tərif edilsə də, əslində bir ailənin parçalanması və birliyinin
pozulmasıdır. Valideynlərin verdiyi bu qərar heç də uşaqlarda
böyüklərdəki kimi qavranılmır. Mütəxəssislərin apardıqları araşdırma
zamanı ayrı-ayrı yaş qrupuna aid uşaqların boşanmanı həm fərqli cür
qavradıqları, həm də fərqli reaksiya verdiyi məlum olub.



Körpəlik dövrü kimi adlandırılan 0-2 yaş qrupuna aid olan uşaqlarda bu
dövrdə ən çox rastlanan yuxu, qidalanma, həddindən çox ağlama kimi
problemlər yalnız valideynlərin davranışları ilə öz qaydasına düşə
bilər. Buna görə də bu dövrdə xüsusilə ananın bütün qayğı və
sıxıntılarını hiss edən körpənin yanında mübahisə etməkdən çəkinmək
lazımdır.



2 yaşdan 6 yaşa qədər davam edən məktəbəqədər dövrdə uşaq boşanmanın
izlərini ən dərin şəkildə hiss edir. Bu yaş qrupuna aid uşaqlar özlərini
günahlandıraraq valideynlərinin onu cəzalandırdıqları üçün boşandığı
qənaətinə gəlirlər. Uşağa bu cür dərin psixoloji sarsıntılar yaşatmamaq
üçün valideynlərin boşanma qərarını düzgün planlaşdırmaları mütləqdir.
Valideynlər bu qərarı verdikdən sonra nəticəni birlikdə uşağa izah
etməlidirlər. Çünki uşaq ailə birliyinin pozulduğu üçün deyil, özünün
vəziyyətinin necə olacağı ilə bağlı şübhə və narahatçılığın üzüntüsünü
yaşayır.



6 yaşdan sonra uşaq problemləri başa düşərək anlayış göstərsə də,
zamanla valideynlərdən birinə düşmənçilik hissi bəsləyə bilər. Bu isə
uzun müddət valideynlərlə uşağın ünsiyyətinə ciddi zərər verəcək. Bu
səbəbdən valideynlər boşandıqdan sonra uşağın yanında bir-biri haqqında
xoşagəlməz sözlər danışmamalıdırlar.



Əks tərəfə olan mənfi duyğular heç bir şəkildə uşağın yanında büruzə verilməməlidir.



Xüsusi ilə yetkinlik dövrünün başladığı 10-12 yaş dövründə boşanma
qərarını uşağa demək çox çətin bir prosesdir. Yetkinlik dövrünün
sıxıntılarını yaşayan uşaq valideynlərinin bu qərarını dərk etməyə
çalışır. Bu dövrdə uşağın boşanma qərarını səssiz, heç bir reaksiya
vermədən qəbul etməsi mümkünsüzdür. Araşdırmalar zamanı bu yaş qrupuna
aid olan yeniyetmələr inboşanma qərarına olan qəzəbini dostlarına və ya
müəllimlərinə yönləndirdikləri məlum olub.



Şübhəsiz bütün yaş qrupları üçün boşanma ağır və sarsıntılı bir
prosesdir. Ailənin ən kiçik üzvinin bu qərarın təxiri üçün əlindən heç
bir şey gələ bilməməsini hiss etməsi isə olduqca travmatikdir. Bu
travmanının daha da böyüməməsi və qalıcı olmaması üçün valideynlər
boşandıqdan sonra uşaqla bağlı məsələlərdə daima həmrəy olmalıdırlar.
Boşanmaq uşağın məsuliyyətindən yaxa qurtarmaq kimi qəbul edilməməlidir.
Uşaqlar boşanmanın yalnız ata və ana arasındakı şəxsi münasibətin
bitirdiyini, özü ilə bağlı bütün münasibətlərin isə dəyişməz qaldığını
hiss etməlidir. Ancaq bu cür boşanma uşaqda yüngül izlər buraxa bilər.
Əks təqdirdə özünüz öz əlinizlə övladınızı qüsurlu şəxsiyyətə
çevirərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!