Ayaqyoluna getməyi öyrənməyin həvəslədirilməsi və mükafatları

Ayaqyoluna getməyi öyrənməyin həvəslədirilməsi və mükafatları
Bir Ana - Bir Bala
10.09.2017 21
Körpənizin bezi tərgitməsi ləngiyir? Narahat olmayın, uşaqların buna öyrəşməyinin vaxt alması adi haldır. Uşağınızın bunu sürətləndirməsi üçün ona bəzi həvəsləndirici təkliflər edə bilərsiniz. Ayaqyoluna öyrənmək haqda daha artıq məlumat əldə edin.

Mükafatlandırma sənəti



Düzgün istifadə olunduqda mükafatlar güclü alətlər ola bilərlər. Lakin yanlış istifadə olunduqda, onlar istənilməyən nəticələrə gətirib çıxarır və bez tərgitmə təlimindən dayişərək hədiyyəni tələb etmə oyununa çevrilir. Hər şeyi qaydasında saxlamaq üçün aşağıdakı təlimatlara əməl edin:



Qeyri-maddi mükafatlarla başlayın. Sizin məmnuniyyətiniz və təbrikləriniz ən çox istənilən mükafatlardır. Hətta, bezə belə idrar etdikdə, körənizin sidiyə çıxma istəyini sizə bildirməsi kimi addımlara hər zaman mükafat təklif etməli və ya uşağınızı qucaqlamalısınız. Həmçinin, kiçik müvəffəqiyətləri (heç nə olmasada, ayaqyolu oturacağına oturmaq kimi) sevdiyiniz insanlara zəng edərək təbrik edə bilərsiniz. Uşaqları hər dəfə "hərəkət” etdiyi zaman bəzi valideynlər xüsusi mahnı və ya rəqs fikirkəşirlər. Fəaliyyəti çox əhəmiyyətli etməyi və ya uşağınızın üzərində təzyiqi artırmaq istəmirsinizsə, bunu çox etməyin.

Kiçik maddi mükafatlar verin. Hər dəfə uğur qazandıqda, uşağınıza kiçik hədiyyələr verin. Mağazaya gedin və yapışqan şəkillər, kiçik maşınlar, rəngli karandaşlar kimi kiçik hədiyyələr alın. Onları əlçatmaz lakin görünən yerlərə qoyun ki, uşağınız ayaqyoluna gedəndə öz hədiyyələrini görə bilsinlər. Ona yalnız məqsədə çatdıqda hədiyyəsini verin, əks halda bir neçə saat ərzində bütün hədiyyələriniz bitəcək.!



Böyük, bahalı əşyalar almayın. Uşaqlarınızı çox gözəl hədiyyələrlə cəlb etsəniz, onun fikri yeni bacarığa yiyələnməkdən yayınacaq, və hədiyyələri qazanmağa çevriləcək. Nəticədə, o hər dəfə sizdən daha böyük hədiyyə gözləyəcək. Siz ayaqyoluna öyrənməni yeni hədiyyəyə bilet olsun deyə yox, uşağınızın öz bədənini idarə etməsi və bədəninə güvənməsi üçün istifadə edirsiniz, yeni.

Şirniyyat, dondurma, çips kimi yeməli mükafatlar qısa müddətlik yaxşı təsir etsələr də, bir çox mütəxəssis qida maddələrini mükafat olaraq istifadə olunmasını məsləhət görmür. Uşağınızın müəyyən (məs: konfet) qida maddələrinə, sizdən istəyəndə və ya nəsə "yaxşı” iş gördükdə verdiyiniz hədiyyələr olaraq görməsini istəmirsiniz. Bu yaşda uşaqlar bədənlərinə nəyi qəbul etdikləri və nəyi çıxartdıqları haqda nəzarəti özlərinə götürə bilirlər. Qidaları fərqli məqsədlərdə istifadə etmək, ayaqyolu təlimində hədiyyə olaraq verməkdən daha yaxşıdır.



Mükafatı yerindəcə verin. Əgər hədiyyəni yerindəcə təqdim etsəniz, siz uşağınızın davranışını daha da sürətləndirəcəksiniz. Balaca uşaqların bir çoxu məqsədə çatdıqdan bir neçə saat sonra hədiyyəni alırlarsa, hədiyyə ilə davranışları arasındakı əlaqəni qura bilmirlər. Uşaq nə qədər balacadırsa, hədiyyə bir o qədər tez verilməlidir.

Mükafat lövhəsi hazırlayın. Böyük uşaqlar (4 və daha artıq yaş) müvəffəqiyyətlərdən sonra mükafat anlayışını başa düşürlər. Uşağınızın inkişafını izləmək üçün, hədiyyə almaq üçün nələri etmək lazımdır haqda məlumatı bilməsi üçün vizual xatırladıcı olan "mükafat lövhəsi” hazırlayın. Uşağınızın özünü quru saxladığı hər gün üçün məsələn lövhəyə qızıl ulduz (və ya yapışqan) yerləşdirə bilərsiniz. Beş ulduz tamamladığı zaman. O kiçik hədiyyə alır. Bu kinoya getmək və ya oyuncaq heyvan ola bilər.



Ayaqyolu köməkçiləri

Mükafatlardan başqa, uşaqlarınızı həvəsləndirmək üçün digər üsullar da var. Valideynlər tərəfindən sınaqdan keçmiş üsulları yoxlayın:



Ayaqyolu oturacağını evin ən yaxşı oturacağı edin. Uşağınızın ayaqyolunda daha artıq vaxt keçirməsini istəyirsinizsə, ora qalmaq üçün əyləncəli, rahat bir yer olmalıdır. Mağazaya birlikdə gedin və onun sevimli rəngində və ya maraqlı quruluşa sahib maşın və ya heyvan quruluşunda yeni bir ayaqyolu oturacağı alın. (Ayaqyolu öyrətmək üçün düzgün ləvazimat və məhsulları almaq üçün bizim məqaləyə nəzər yetirin.) Həmçinin, evinizdə olan ayaqyolu oturacağını maraqlı yapışqanlarla bəzəyin. Hətta ayaqyolunda qalıcı qələmlə uşağınızın adını yaza bilərsiniz. Ayaqyolunda daha uzun müddətə qalmasını istəyirsinizsə, ora xüsusi kitabları da yığa bilərsiniz(Ayaqyolu təlimi haqda uşaqlar üçün kitabların siyahısı üçün bura klik edin).

Möhtəşəm rənglər. Tualet qabının və ya ayaqyolu oturacağının içinə bir neçə damcı mavi qida boyası damızdırın. Uşağınıza idrarı ilə eyni rəngdə olan sarı rəngin mavi ilə qarışmasının yaşıl rəngə necə çevrildiyini göstərin. Rənglərin sehirli dəyişməsini gördükdən sonra, uşağınız bu rəngləri özü dəyişdirmək üçün həvəsli olacaq.



Ayaqyolu yoldaşından istifadə edin. Ayaqyoluna sevimli oyuncaq heyvan və ya gəlincik kimi yoldaşla getmək daha əyləncəlidir. Uşağınıza öz yoldaşına tualetdən necə istifadə etməyi göstərməsini istəyin. Öz yoldaşına tapşırığı necə yerinə yetirməyi öyrədərkən, körpəniz bu vərdişə özü əməl edəcək.



Nişan almağı təlim halına çevirin. Oğlunuza ayaq üstə (və düz qabın içinə) idrar etməyi öyrətmək üçün, onunla oyun oynayın. Qabın içinə O-şəkilli halqalar atın, və ondan onlara "atəş açmasını” istəyin. Həmçinin kağız nişanlardan da istifadə edə bilərsiniz. Özünzü salfetkalar hazırlayın və ya xüsusi formalarda xüsusi hazırlanmış, axıb gedən nişanlar alın. (Həmçinin qızlar üçün də eyni üsulu istifadə edə bilərsiniz, lakin oturaraq sidiyə çıxarkən bu üsul az təsirlidir.)



Alt və üst geyimləri

Xüsusi "böyük uşaqlar” üçün alt geyimləri alın. Uşaqların özlərini böyümüş hiss etmələri üçün bezdən alt paltara keçid maraqlı üsuldur. "Böyük uşaq” üçün alt paltarına hazır olmasa da, alış-veriş düzgün istiqamətli bir addımdır. Sevimli paltarını geyinərkən, onları yaxşı və quru saxlamaq onu daha həvəsli edə bilər. (Bir neçə cüt alt paltarı alın, çünki gözlənilməz "qəza” baş verə bilər.)

Uşağınıza rahat çıxarılan geyimlər geyindirin. Uşağınız ayaqyolunda çoxlu yapışqanlar, düymələr və bağlar açmaqla məşğul olarsa, o ayaqyoluna getməkdən soyuya bilər. Uşağınızın qarderobunu sadələşdirin. Elastik belbağı olan alt geyimləri istifadə edə bilərsiniz. İsti aylarda isə, siz ona ümumiyyətlə paltar geyindirməyə də bilərsiniz. Onun ehtiyacı olan sadəcə ayaqyolu oturacağını tapmaq və ona oturmaqdır.



Əgər heç bir səyiniz nəticə vermirsə, uşağınız sizə hazır olmadığını bildirir. Bu halda, edə biəcəyiniz ən yaxşı hərəkət, geri çəkilmək və onun yenidən buna çalışmaq üçün fiziki və emosional hazır olmasını gözləməkdir. Sizin səbriniz və onun hazır olması mükəmməl kombinasiyadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!