İlk dəfə ana olanların etdikləri səhvlər

İlk dəfə ana olanların etdikləri səhvlər
Bir Ana - Bir Bala
10.09.2017 4
İlk dəfə ana olmaq həyəcan vericidir və naşılıqlardan doğan bəzi
səhvləri etmək qaçınılmazdır.  Bu həyəcan verici günlərdə sizə köməkçi
ola biləcək məsləhətlər verir... 



Körpə oyaqkən dırnaqlarını kəsməyin.Çünki o yatarkən körpənin
dırnaqlarını kəsmək daha asandır. Körpəniz oyaqkən əllərini davamlı
yelləyəcəyi üçün dırnaq kəsmək həm çətin, həm də təhlükəli ola bilər.



Atanın körpəylə ünsiyyət qurmasına şərait yaradın. Bəzən analar
ataları, bu mövzuda tam təcrid edirlər. Analığa özlərini o qədər aludə
edirlər ki, atanın körpəylə ünsiyyət qurmasına və ona baxmasına imkan
vermirlər. Siz bu səhvi etməyin, atanı da tez-tez körpənizlə vaxt
keçirməsinə şərait yaradın...



Bəzən yeni ana olanlar, sual verməkdən çəkinirlər. Suallarının yersiz
və ya utanc verici olmasından qorxurlar. Əslində, mövzu körpə baxımı
olunca, yersiz sual deyilən bir şey yoxdur. Bütün suallarınız üçün uşaq
həkiminizə müraciət edə bilər, ananızdan, yoldaşlarınızdan kömək ala
bilərsiniz.



Körpəniz üçün edəcəyiniz ən böyük yaxşılıq onun tək bir əmziyə
alışmasına maneə törətməkdir. Ona görə vaxtaşırı körpənizin əmziyini
dəyişdirin və bir cür əmziyə alışmasına imkan verməyin.



Yeni analarda bəzən özünə etibar hissi olmaya bilir. Bunu unutmayın
ki, bu dünyada kimsə, sevgi dolu bir ana qədər bacarıqlı ola bilməz.
Körpənizi tanımaq, sizin içinizdə olan bir instinktdir. Analığın
zamanla asanlaşacağını unutmayın.



Əmizdirməyi seçən analardansınızsa, kiçik də olsa problemlər yaşamanız
çox normaldır. Bu, bir çox ananın başına gəlir və bunda utanılacaq heç
bir şey yoxdur. Çox az ana heç problem yaşamadan körpəsini əmizdirməyi
bacarir. Problem yaşadığınız vəziyyətlərdə kömək almaqdan çəkinməyin.



Analıq ən gözəl duyğudur. Bu gözəl günlərin dadını çıxarın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!