Uşaqlarınız üçün hər il etməniz lazım olan 10 şey

Uşaqlarınız üçün hər il etməniz lazım olan 10 şey
Bir Ana - Bir Bala
10.09.2017 15
İllər uçub gedir və siz daha fərqinə belə varmadan uşaqlarınız sürətlə
böyüyür. Sağlam və xoşbəxt böyüdüklərindən əmin ola bilmək üçün hər il
müntəzəm olaraq həkim müayinələri, otaq təmizliyi və bəzi qulluqların
edilməsi olduqca əhəmiyyətlidir ...



Budur uşaqlarınızın sağlamlığı üçün olduqca əhəmiyyət kəsb edən şeylər:



1. Uşaqların otağında təmizlik edin

Uşaqların bir il içərisində nə qədər çox əşya topladıqlarını görmək
heyrətvericidir. Uşaqlarınızın otağında ildə iki dəfə dərin bir təmizlik
edin. Istifadə etdikləri geyimləri, oyuncaqları və məktəb əşyalarını
yığın və üç qrupa ayırın: Saxlanacaqlar, atılacaqlar və bağışlanacaqlar.
Uşaqlarınızın əşyaları ilə vidalaşmağa nə qədər hazır olduqlarını
görəndə çox təəccüblənəcəksiniz.



2. Diş həkimi qəbulu

Kiçik yaşlarda əldə edilən sağlam bir ağız quruluşu, irəlidəki yaşlarda
diş mövzusunda qarşılaşılacaq problem sayını ən aza endirər. Uşaqlar hər
altı ayda bir diş həkiminə aparılmalıdır və müayinələr edilməlidir.



3. Oyun alətlərinə qulluq

Uşaqların oyun aparatlarını, oyuncaqları təsadüfi istifadə etmələrinə
yol verməyin. Alətlərin nasazlıqlarına vaxtında baxdırmaq yalnız
qulaqlarınızı deyil, eyni zamanda uzun müddət pulunuzu da qorumanızı
təmin edər.



4. Göz həkimi qəbulu

Bütün uşaqların hər il bir qayda olaraq göz testlərindən keçmələri
lazımdır. Uşağınızın gözlərində problem ola bilər, siz bu vəziyyəti fərq
etməz və görmə şikayətlərini də ciddi almasanız, hər şey üçün çox gec
ola bilər və laqeydlik nəticəsində uşağınızın göz problemi daha da
inkişaf edə bilər. Bu ehtimalın gerçək olmasına maneə törətmək və
sağlamlığından əmin olmaq üçün hər altı ayda bir dəfə uşağınızı göz
həkiminə aparmalısınız.



5. Məktəb müəllimləri ilə müntəzəm ünsiyyət

Müəllimlərlə edilən ayaqüstü, on dəqiqəlik danışıqlar, yalnız səthi
olaraq məlumatlandırılmanıza yetə bilər. Ancaq hər hansı bir mövzu
haqqında ətraflı danışmağa yetməz. Buna görə də dövr ərzində uşağınızın
nə vəziyyətdə olduğunu daha yaxşı anlamaq üçün ətraflı ünsiyyət təşkil
etməlisiniz. Bu şəkildə aparılan danışıqlar, uşağınızın ictimai, psixi
və təhsil məzmunundakı vəziyyətini öyrənməyə imkan verər və uşağınızı
evdə yönləndirmək üçün nələr etməniz lazım olduğunu öyrənməyə vaxt
tapmaq imkanı verər.



6. Ailə albomu

Digital kameralar daha çox fotoşəkil çəkməyi çox asan hala gətirdi,
ancaq günümüz ailələri söz mövzusu olduğunda bu bolluq daha çox çap
fotoşəkil mənasını vermir. Gerçək budur ki, çap olunmuş fotoşəkil sayı
get-gedə azalır. Çəkilən fotoşəkilləri əksəriyyətlə daha sonra çap
etdirmək niyyəti ilə kompüterə yükləyir və sonra da unuduruq. Ancaq qış
aylarında isti bir evdə oturub, ailə fotoalbomlarına baxmaqdan zövqlü nə
ola bilər ki?!.. Rəqəmsal kameralardan əvvəl, yaşadığınız əyləncəni
xatırlayın və fotoşəkillərinizi təkrar çap etdirməyə başlayıb, albom
yığma ənənəsinə davam edin.



7. Professional ayaqqabı seçimi

Ayaq sağlamlığı da ən az göz və diş sağlamlığı qədər əhəmiyyətlidir.
Uşaqlarınızın saatlarla ayaqqabının içərisində dayanan kiçik ayaqları
yorub, zərər görə bilər. Bu vəziyyətdən qaçmaq üçün uşağınızın ayağına
ən uyğun və ən rahat ayaqqabını tapmaq çox mühümdür. Uşaqların
düşüncələri müxtəlif olur, onlar sizə ayaqqabısının ayağını sıxdığını
deməyə bilər. Buna görə də hər il bir qayda olaraq uşaqların ayaqlarını
professional bir şəkildə ölçdürməkdə və bu ölçüyə görə ayaqqabı almaqda
fayda vardır.



8. Hədiyyə edin

Uşaqlarınız böyük xəyallarla yaşayır. Dünyada çox az şeylərə sahib olan
və xəyal belə edə bilməyəcəyimiz şərtlərdə yaşayan insanların var
olduğunu anlaya bilmələri çox əhəmiyyətlidir. Hədiyyə yığmaq üçün edilən
və uşaqların da qatılacağı çox ictimai fəaliyyət növləri vardır.
Bunları araşdırın və uşağınızın insanları anlaya və kömək edə bilmə
bacarıqlarını inkişaf etdirməsinə köməkçi olun.



9. Boy ölçülməsi

Uşaqların boylarını ölçmək əyləncəlidir. Köhnə metoddan istifadə edərək,
qapının arxasına uşaqlarınızın boylarını ölçüb qələmlə yazmaqla
işarələyə bilərsiniz. Yaxud da kiçik bir kağız parçası istifadə edib
böyüməsinin qrafikini çəkə bilərsiniz. Hansı yolu istifadə edirsiniz
edin, uşaqlar böyüdüklərini görməyə çox sevinəcəklər...



10. Sahə uşaq həkimi qəbulu

Uşaqlarınızın yaşlarına və sağlamlıq vəziyyətlərinə görə hər il nizamlı
olaraq sağlamlıq müayinəsi etdirməniz lazımdır. Tövsiyə edilən yaşlar az
dəyişənlik göstərə bilər, ancaq bu sağlamlıq kontrolları ümumiyyətlə
doğumda, 1 ilə 4-cü həftələrdə, 6 ilə 8-ci həftələrdə, 4, 6, 9, 12 və
18-ci aylarda, 2, 3, 3.5, 4 və 5 yaşlarda edilməsi gözlənilir. 5 yaşdan
sonra ildə bir dəfə il sağlamlıq müayinələrinin edilməsi tövsiyə edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!