Valideynlərə təcili kömək

Valideynlərə təcili kömək
Bir Ana - Bir Bala
10.09.2017 6
Uşaqlara təsirli göstərişlər necə verilməlidir?

Nümunə:



"Zəhmət olmasa, oyuncaqlarını toplayarsan?", desəniz, bu yalnız sadə bir istəkdir.

"Yeməkləri yerə atmağı kəs!", ya da "Bura gəl, yerə atdığın paltarını bu dəqiqə yerinə qoy!" cümlələri tam olaraq əmr cümlələridir. Sözə qulaq asmayan uşaqların ana-ataları onlara təsirli və açıq şəkildə əmr cümlələri ilə müraciətdə səhvə yol verirlər. Hər bir ana və ata uşaqlarının düzgün davranışı ilə əlaqədar doğru əmrləri verməyi öyrənməlidir. Əmr vermək deyiləndə, burada hərbi sistemdəki kimi komandirin əsgərlərə verdiyi əmrdən söhbət getmir. Sözə qulaq asmayan uşaqlara doğru şəkildə əmrlər, göstərişlər verilməsi necə olmalıdır və nə zaman verilməlidir?

Uşağınızın müəyyən bir arzu olunmayan davranışına son vermək istədikdə, bunu ona istək şəklində bildirərəkən uşaq əməl etməkdən imtina etdikdə əmr cümlələrinə keçmək zamanı gəlmişdir.

Deyək ki, qonaq otağına girirsiniz və yeddi yaşındakı qızınızın (oğlunuz) yeni aldığınız divanın üstündə tullandığını görürsünüz. Bu vəziyyətdə həmin dəqiqə üzünüzə ciddi ifadə verərək ona tərəf gedin; gözlərinin içinə baxın; gözünüzü onun gözündən ayırmadan ona adı ilə səslənərək sərt bir səs tonu ilə açıq əmrinizi verin. Ona belə deyin: "Aydan, mebellərin üstündə tullanmaq ev qaydalarına ziddir. Bu dəqiqə divandan aşağı en!" Bu halda uşağın açıq şəkildə başa düşəcəyi formada əmr vermiş olursunuz.

Nə deyilməsi açıq şəkildə anlaşıla bilməyən, qeyri-müəyyən göstərişlər valideynlərə kömək etməyəcək. Məsələn, " Buraya gəl və oyuncaqlarını topla", desəniz uşağın sizi dinləmək ehtimalı yüksəkdir. "Bu oyuncaqların çarəsinə bax", desəniz, belə bir göstərişə əməl edilməsi ehtimalı çox azdır.

Yadda saxlamalısınız ki, əmr və ya göstəriş verərkən sual vermək, yaxud  "Divanın üstündə tullanmaq xoş deyil", kimi bir şərh vermək işə yaramaz. Nə badə uşağa " Niyə divanın üstündə tullanırsan?" kimi sual verməyəsiniz. Bəziləri, misalçün, gülüb "Çox əyləncəlidir, ona görə", deyə cavab da verə bilər. Uşaq pis davranış sərgilədiyi vaxtda ona tətbiq ediləcək qaydanın səbəblərini də izah etməyə səy göstərməyin. Qanun-qaydalar haqqında izahatın zamanı ya uşağın qaydaya zidd davranmasından əvvəl olmalıdır, ya da pis davranışa son verməsindən sonra olmalıdır.

Bir də valideynlərin uşaqları pis davranışlarına görə danladıqları zamanı işlətdikləri səhv cümlələr olur; məsələn, Aydan nümunəsində valideyn Aydana belə deyir: "Divanın üstündə tullana bilməzsən. Bu divan heç bilirsən neçəyə alınıb? Kreditlərin ödənilməsi hələ də bitməyib. Borcumuz var. Tullanmaq səbəbindən divanın yayları yerindən çıxa bilər." Bu sözlər əvəzinə Aydana birbaşa olaraq "Düş divandan aşağıya" deməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!