Uşaqlara Allahı necə tanıdaq və sevdirək?

Uşaqlara Allahı necə tanıdaq və sevdirək?
Bir Ana - Bir Bala
10.09.2017 12
Uşaq yetişdirmədə ən həssas nöqtələrdən biri də din təhsilidir. Uşağa Allahı necə izah etməli? Uşağın Allah haqqında suallarına necə cavablar verməli, cavab verərkən nələrə diqqət yetirməli?



Allah, ölüm, cənnət, cəhənnəm, ibadət kimi yetişkinlərin belə bəzən idrakda çətinlik çəkdikləri anlayışları bir uşağa izah edə bilmək heç də asan deyil. Ancaq hələ mücərrəd düşünə bilmə bacarığı qazana bilməmiş bir uşağın”Allah harada oturur? Evi varmı? Allah nə rəngdədi? Allahın əlləri varmı? Onu niyə görə bilmirik?” kimi suallarına veriləcək cavablar uşağın Yaradıcı və kainatla qurduğu əlaqədə həyati rol oynayır. Ayrıca ölümü və ölən bir yaxınının aqibətini uşağın yaşına uyğun şəkildə izah etmək də ruh sağlamlığını qorumada və həyata baxışında əhəmiyyətlidir.



Ayrı-ayrı yaş qruplarında uşağa din təhsilinin verilməsi.



2-3 YAŞ

Bu yaşlarda uşağın söz ehtiyatı yaranmağa, dəyər və inanclar inkişaf etməyə  başlayır. Bu səbəblə uşaqlara danışmağa başladıqdan sonra söz-i tövhid öyrədilərək, sual cavablı təlqinlərlə din təhsilinin başladılması lazım olduğunu söyləyən Prof. Dr. Mehmet Emin   " Allah, peyğəmbər və mələk” kimi anlayışların uşağın ətrafındakı danışma mühitində tez-tez istifadə edilməsini tövsiyə edir.



4-5 YAŞ

Uşaqların sevgiylə əlaqədar anlayışları öyrəndiyi bu yaşlarda, Allahın qullarını nə qədər çox sevdiyini və yaratdığı şeylərlə bunu bizlərə necə göstərdiyini izah etmək lazımdır. Məktəbəqədər təhsildə nağılların və dini hekayələrin rolu böyük olduğundan, doğru davranışları və dini bu istiqamətdən öyrətmək də daha asan qəbul edilir. Ayrıca bu yaşdakı uşaqlara ibadət və dua kimi şeylər maraqlı gəldiyindən, bu mövzularda ana atanı təqlid etmələrinə icazə vermək lazımdır. Uşağın yanında namaz qılmaq, məscidə gedərkən onu da aparmaq, yeməklərdən əvvəl və sonra verdiyi nemətlərdən ötəri Allaha səsli olaraq şükr etmək, namazlardan sonra yenə səsli olaraq dua etmək uşağı Allaha yaxınlaşdırır.

Digər tərəfdən, aparılan araşdırmalar məktəbəqədər uşaqlarda ölüm qorxusunun çox güclü olduğunu göstərir. Bu yaşdakı uşaqlar, əvvəlcə ana atasının, daha sonra özünün öləcəyindən qorxarlar. Ölüm qorxusunun tək çarəsi isə uşağa axirət inancını peyvənd etmək, o biri dünyanı sevdikləriylə birlikdə olacağı gözəl bir yer olaraq təsəvvür etməsini təmin etməkdir.

Gördüyü hər şeyin insan əliylə edildiyini düşünən uşağın, Allahı böyük bir insana bənzətməsini və bu istiqamətdə suallar soruşmasını da anlayışla qarşılamaq lazımdır. Ancaq bu nöqtədə ‘Allah baba' ifadəsini istifadə etmək ya da ‘Allah səmada oturar. Cənnətdə oturar.' şəklində İslam etiqadına zidd cavablar vermək də uyğun görülmür. Allahın maddi bir varlıq olmadığı, bu səbəblə maddi varlıqların xüsusiyyətlərinə sahib olmadığını uyğun bir dillə açıqlamaq lazımdır və "Allah hər yerdədir” deyə cavab verilməsi daha məqsədə uyğundur.



6-7 YAŞ

Bu yaş uşaqlarında özlərini böyüklərə və ana-ataya bəyəndirmə meyli güclü inkişaf edir.  Bu səbəblə, 6-7 yaşlı uşağın ibadətlərini, dua etməsini və ya  şükr etməsini sözlə ya da kiçik hədiyyələrlə təqdir etməkdə fayda var.



8-9 YAŞ

Uşaq, mücərrəd düşünmə ya da vicdan mühakimə bacarıqlarını bu yaşlarda qazanır. Bu səbəblə səkkiz yaşına qədər uşağa cəhənnəm, günah-savab kimi anlayışlardan bəhs etməmək, etdiyi səhvləri günah olaraq təyin etməmək gərəkdir. Ayrıca bu yaşlarda ana-atasıyla oyun oynamağı buraxan uşaq, artıq yoldaşlarıyla vaxt keçirməyə, televiziya izləməyə və oyun oynamağa başlayır. Bu səbəblə din təhsilinin oyunlarla, kitablarla, xətt filmlərlə və bilməcələrlə verilməsi də uyğun bir üsul sayılır.



10-14 YAŞ

Bu dövrdə tənqidi düşünməyə və sorğulayıcı bir rəftar etməyə başlayan uşaq, xüsusilə ailə fərdlərinin söylədiklərinə qarşı daha reaksiyalı və şübhəçi yaxınlaşa bilir. Bu səbəblə, bu yaşlarda veriləcək din təhsilinin ailə fərdlərindən çox yoldaş ətrafına, məscid və məktəb dərslərinə buraxılması tövsiyə edilir.

Allahı sevdirmədə beş duyğu modeli…

Psixiatr  Mustafa Ulusoy, ‘Yaxınlıq' adlı kitabının ‘Uşaq və Allah' başlıqlı hissəsində, xüsusilə 3-4 yaşlı uşağa Allahı izah etmədə beş duyğu modelindən bəhs edir. Qeyd edək ki, insanın beş duyğu orqanı var: göz, qulaq, dil, burun və əl(dəri). Hər həftə ya da hər ay bir duyğu orqanının istifadəsinə yönəldilən uşaq, beş duyğusunu da istifadə edərək kainatla və obyektlərlə daha yaxın bir əlaqə yaratdığı kimi, konkret obyektlərdən yola çıxaraq Yaradıcının varlığını və onun xüsusiyyətlərini də öyrənmiş olur.

İlk həftə olan görmə həftəsində uşaqlara gözün funksiyası izah edilir. Kainatdakı gözəlliklərdən  danışılır. Çiçəklər, günəşin batışı kimi xoşuna gələcək şeylərə diqqətinin yönəlməsi təmin edilir. Eşitmə həftəsində, uşaqlar və ailə bir həftə boyunca kainatdakı səslərə qulaq kəsilir. Dalğa səsləri, küləyin uğultusu, qapı gıcırtısı, çay suyunun qaynaması kimi. İyləmə həftəsində isə çiçəyin, dənizin, torpağın, keksin, yeməyin, ətirin özünə xas bir qoxusu olduğundan bəhs edilir. ‘Allah nə gözəl yaratmış. Bununla bizə nə qədər sevgi və dəyər verdiyini göstərir.' şəklində şərhlər edilir. Eyni şəkildə toxunma və dadma həftəsində də uşağın, varlıqların bir-birindən fərqli toxumalarına və dadlarına diqqət kəsilməsi təmin edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!