Uşaqlar daha çox atadan götürürlər

Uşaqlar daha çox atadan götürürlər
Bir Ana - Bir Bala
10.09.2017 43
Uşaqların genlərinin həm atadan, həm də anadan gəldiyi heç kimə sirr deyil. Ancaq tədqiqatlar göstərib ki, ata xətti ilə ötürülən dizo nuklein turşularının (DNT) miqdarı daha çoxdur.



ABŞ-ın Karolina ştatının alimlərinin apardıqları tədqiqatlar bunu deməyə əsas verir.



Mütəxəssislər tədqiqatdan sonra əmin olublar ki, uşaqlar hər iki valideyndən eyni sayda gen alırlar. Yalnız cinsiyyət xromosomları istisnadır. Həmin gen nüsxələri fərqli intensivliklə işləyir. Bu səbəbdən də genlərin ekspressiyasını araşdırmağa çalışıblar.



Mütəxəssislər üç qrup siçanı cütləşdirərək 10 bala alıblar. Bala siçanlar böyüyəndə alimlər onların bədənlərində genlərin ekspressiyasını araşdırıb. Tədqiqatçıları ana və ata genlərinin sayı da maraqlandırıb. Məlum olub ki, ata genləri 60% daha çox aktivlik göstərir. Misal üçün, heyvanların beyinləri atalarının beyinlərinə daha çox bənzəyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!