Uşaqların aylıq inkişafı (2 aylıq)

Uşaqların aylıq inkişafı (2 aylıq)
Bir Ana - Bir Bala
10.09.2017 12
2 aylıq körpənin davranışları



- Nələr edə bilər?



- Anası xaricindəki fərqli üzləri və səsləri tanıya bilər.



- Gözləriylə hərəkətlərinizi izlər . Üç ölçülü obyektləri və parlaq rənglərə baxmaqdan xoşlanar.



- Əllərini açmağa başlar.



- Düz və sərt yerlə qarşılaşanda, ayağı ilə itələyər. ( Bu bir refleksdir, gücü göstərməz )



- Əlinə aldığı hər şeyi ağzına aparıb əmər. Əmərək sakitləşər .



- Əlinə aldığı oyuncağı salmadan 1-2 saniyə tuta bilər.

- Yuxu mövqeyi üçün seçimi meydana gəlməyə başlar. Ümumiyyətlə, gecə bir -iki dəfə oyanaraq qidalanar. Bəzən 8 saat yata bilər. Bəzi körpələr isə hələ 2-3 saatda bir qalxa bilər.

Dəyişikliklər:



- Duyğularını ifadə edə bilməyə başlar. Xoşbəxtliyi , hirsliliyi dəqiq bir şəkildə göstərər.



- qucaqlamaqla və ya tanış səslə sakitləşər, güvəndə olduğunu bilər .



- Qidalanma və yuxu saatları nizama girməyə başlayır. Bəzi körpələr gecə boyu yata bilər.



- Sinir sisteminin inkişafı səbəbiylə hərəkətləri daha sakitdir. Sıçramalar azalar, ancaq yuxuda davam edə bilər. Başını dik tuta bilər.



- Diqqətini çəkən səsə doğru dönər, əmziyi görüncə əmmə hərəkəti başlayır. Anası və ya ona baxan adamı görüncə xoşbəxt səslər çıxarar, sevindiyini müəyyən edər.

Oyunlar:



- oyunlar



- Körpənizin diqqətini çəkmək üçün yumşaq , nəzakətli amma alçaq, yüksələn fərqli səs tonlarıyla danışın, göz təması qurun . Mimikalarınızı izləməsini və təqlid etməsinə icazə verin. Sakitləşdirmək istəyirsinizsə alçaq səslə ritmik danışın, sevdiyinizi söyləyin. Körpənizlə danışma bu dövrdə onun üçün ən əyləncəli oyundur. Sizinlə birlikdə bəzi hecaları çıxarar, aaa- ooo - kimi.



- Zınqrovu qulağının yanında yavaşca yelləyərək, parlaq rəngli bir oyuncağı üzünə yaxınlaşdırıb, uzaqlaşdıraraq onu əyləndirin.



- Qulağına yavaş səslə adını söylədiyinizdə gözləri hərəkətlənər, başını sizə çevirməyə çalışır.



- Hava icazə verdiyi müddətcə körpənizi gündəlik gızintiyə çıxarın.



- Danışın, toxunun, qucaqlayın və sevginizi göstərin .

Qidalanma



- Yalnız ana südü ilə, çatmırsa dəstək olaraq yaşına uyğun mama ilə bəsləyin.



- Gündə beş pay verə bilərsiniz. Unutmayın hər körpə özünə məxsusudur. Daha az və ya daha çox yeyə bilər. Əhəmiyyətli olan sağlam böyüməyidir.



- Əlavə qidaları həkiminizə məsləhətləşmədən verməyin, bunlar üçün hələ çox kiçikdir.



- Ana südü verirsinizsə, hər qidalanmada iki döşünüzü də verməyə çalışın. İstəmirsə məcbur etməyin.



- Möhkəm pəhriz və ağır idman südünüzü azalda bilər. Gündəlik gedişləri seçim edin. Unutmayın əmizdirmə çəki atmağınıza kəmək edər.



- Həkiminiz hər hansı bir səbəblə sizə dərman yazarsa, əmzirdiyinizi mütləq xatırladın. Özünüz hər hansı bir dərman almadan əvvəl mütləq körpənizin həkiminə müraciət edin. Hamiləlikdə istifadə etdiyiniz vitaminlərə davam edin.

Qulluq



- Yıxılmağa qarşı diqqətli olun. Körpənizi hündür bir yerdə tək buraxmayın. Tutub özünü yuvarlamaya kömək edəcək şeylərin yaxınına yatırmayın .



- Bezini hər deyişdirdiyinizdəd yanını ilıq suyla yuyun və ya ilıq suda isladılmış pambıqla təmizləyin. Qoruyucu bir krem istifadə edin.



- Yuyundurduğunuz yerə bir dəsmal qoysanız sürüşməsinin qarşısını alar.



- Gözlərini, qulağını və burnunu yumşaq şəkildə təmizləyin.



- Peyvəndləri üçün həkimə aparın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!