Uşaqların aylıq inkişafı (3 aylıq)

Uşaqların aylıq inkişafı (3 aylıq)
Bir Ana - Bir Bala
10.09.2017 5
3 aylıq körpənin inkişafı

 

Nələr edə bilər?



- Səslərlə, mimikalara reaksiya verər, ətrafla əlaqəsi inkişaf edər. Daha az ağlayar.

- Yalnız tək qalsa etiraz edər. Çoxluq içində olmaq istəyər.

- Fərqli rəng və oyuncaqlardan xoşlanar.

- toxunduğu nə varsa onlardan bir neçə saniyə tutaraq qala bilər.

- Yavaş hərəkət edən obyekti bir tərəfdən digər tərəfə qədər izləyə bilər.

- Başını obyekti görə bilmək üçün çevirər.

- Üzüstə yatarkən dirsəklərə dəstək olaraq başını qaldıra bilər.

Dəyişikliklər



- Başına və gövdəsinə daha yaxşı nəzarət edər.

- Hərəkətləri daha inkişaf etmiş olar. Hər şeyi tutar və əmmək üçün ağzına aparar.

- Əl və barmaqları ilə məşğul olar, uzun müddət onlara baxar. Əlini istifadə etməyi öyrənər, obyektə uzadar.

- Görməsi az qala tamdır. Obyektləri bütün detalları ilə görər.

- Yuxu, oyanıqlıq və yemə nizamı daha aydın olar.

Oyunlar



- Körpənizlə oynayarkən birbaşa ona baxın.

- Bir çox müxtəlif obyekt göstərin. Bunun üçün parlaq rəngli, dinləməsi, toxunması, izləməsi maraqlı olan amma ağzına apardığında udma riski olmayacaq qədər böyük oyuncaqlar seçin. Tutması üçün onu cəsarətləndirin.

- Əlinə kiçik bir zınqırov verib, onunla necə səs çıxaracağını, yelləməyi öyrədin.

- Tez-tez qucağınıza alıb , ətrafı fərqli bir baxımdan görməsini təmin edin.

- Onun etdiklərindən məmnun olduğunuzu göstərin, onu sevərək oxşayın, tez-tez adını söyləyin.

- Körpənizə mahnı oxuyub, onunla rəqs edin. Ona maraq və sevginizi təqdim edin.

 

Qidalanma



- Hələ yalnız ana südü və ya əlavə yeməklə doyurun.

- Südünüzü zəruri hallarda verilmək üzrə yığıb saxlaya bilərsiniz. Soyuducuda 24 saat, dərin dondurucuda 8 həftə saxlaya bilərsiniz.

- Həkiminiz məsləhət görməyincə qatı qidalara başlamayın.

- Istirahətə, balanslı qidalanmağa və kifayət qədər maye almağa diqqət yetirin.



Qulluq



- Kiçik oyuncaqları körpənizdən uzaq tutun.

- Körpəniz kiçik bir səbətdə yatırsa, ona körpə uşaq çarpayısı almağı planlayın. Xüsusilə barmaqlıqların arasının, sıxışmayacağı qədər dar olmasına, yüksəkliyin düşməyəcəyi ölçüdə olmasına diqqət yetirin.

- İşinizlə bağlı uşağı gəzintiyəçıxara bilmirsinizsə, etibarlı bir körpə baxıcısı araşdırın.

-Körpənizi peyvənd üçün həkiminə aparın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!