Uşaqların aylıq inkişafı (4 aylıq)

Uşaqların aylıq inkişafı (4 aylıq)
Bir Ana - Bir Bala
10.09.2017 20
4 aylıq körpənin inkişafı



Nələr edə bilər?



- Ovcuna qoyulan obyekti tuta bilər. Obyektə tərəf uzana bilər.

- Dönə bilər.

- Dəstəklə otura bilər, başını dik tuta bilər.

- Dodaqlarını şappıldada bilər.

- Evdəki fərqli kəsləri tanıyar. Onunla maraqlandıqda səmimi və səsli gülümsəmə edər.

- Oyunlardan , oyuncaqlardan xoşlanar.

- Bütün gecə yata bilər, hətta bezini dəyişdirmək ehtiyacı olmadan.

Dəyişikliklər:



- İlk dişi çıxmağa hazırlanar.

- Görməsi tamamlanar, hər şeyi rəngləriylə görər. Fərqli uzaqlıqlara baxa bilər.

- Eşitməsi tam formalaşar. Fərqli səslərlə maraqlanar, öz çıxardığı səsləri dinləyər.

-Əl-barmaq koordinasiyası dəyişər, əlləri ilə etmək istədiyi şeyi etməyi öyrənər.

Oyunlar



- Körpənizə tutacağı, qavraya biləcəyi oyuncaqlar verin. Ətrinizi qoxlamasına icazə verin. Onun üçün musiqi seçin.

- Rəngli bir corabın başını kəsib biləyinə keçirin, əllərini daha asan tapacaq və oynayacaq.

- Yuyundurarkən oyun üçün bir az daha uzun bir zaman ayırın. Yuyunarkən oyuncaqları ilə oynaması inkişafına kömək edər.

- Körpənizin müvəffəqiyyətlərini tərifləyərək, gülümsəyərək, onu qucaqlayıb sevərək qeyd edin.

 

Qidalanma



-Körpəniz acdığını çox daha asan biruzə verdiyi üçün qidalanma saatlarını istəyə bağlı təşkil edə bilərsiniz.

- Həkiminizin təklifləri istiqamətində yarı qatı qidalara başlaya bilərsiniz. Hər yeni qidanı tək başına və az miqdarda başlayın, yeni dadlara uyğunlaşmasına icazə verin. Heç bir qida üçün körpənizi məcbur etməyin.

 

Qulluq



- Oyun materiallarının etibarlı olmasına diqqət edin. Oyuncaqların metal çıxıntıları olması, tüklü oyuncaqlar çox təhlükəlidir. Ağzına alıb boğulmasına səbəb ola biləcək hər şeydən uzaq tutun.

-Körpəniz əmzik istifadə edirsə bunu boynuna asmayın, boğulmasına səbəb ola bilər.

-Əgər diş çıxarmağa başladısa, diş qaşıyıcılar, xüsusilə soyuducuda soyudulmuş olanlar onu rahatlaşdırar.

-Körpənizi 2-ci qarışıq peyvəndləri və normal inkişafı üçün həkiminə aparın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!