Uşaqların aylıq inkişafı (6 aylıq)

Uşaqların aylıq inkişafı (6 aylıq)
Bir Ana - Bir Bala
10.09.2017 23
6 aylıq körpənin inkişafı.

 

Nələr edə bilər?

- Hər istiqamətə dönə bilər, başını müstəqil istədiyi kimi çevirə bilər.

- Qarnı yerdən tam qalxmadan iməklər, dönməkdən zövq alar.

- Oturar, ancaq hələ öz oturma mövqeyinə gələ bilməz.

- Oyuncağı bir əlindən digərinə çox rahatlıqla keçirər.

-Səs çıxaran obyektləri silkələməkdən xoşlanar.

- Saldığı oyuncağın özünə geri gəlməsini istər.

- Üzünüzlə oynamaqdan, saç çəkməkdən xoşlanar.

dəyişikliklər

- Əlləriylə özünü yedirməyə çalışar, yeməklə qarın doyurmaqdan çox oynamaq üçün maraqlanar.

- Körpənizin zəkası sürətlə artar. Istədiyinə çatmaq üçün plan qurmağa başlar. Məsələn, tutulmadan salondakı musiqi qutusuna çatmaq üçün daha ardıcıl iməkləməyə çalışar.

- Hələ danışmasa belə, ana, əmzik , avtomobil kimi əhəmiyyətli sözləri tanıyar.

- Duyğulanması artar, bunları mimikalarla, fərqli səslər çıxararaq, bədən diliylə ifadə edər. Xoşbəxtliyi, sevgisini, qorxusunu, səbrsizliyini, həyəcanını və bir çox duyğunu ifadə edə bilər.

oyunlar

- Körpənizlə mahnılar söyləyin, birlikdə əl çalaraq temp tutun, sözləri yumşaq bir səs tonuyla açıqca vurğulayaraq söyləyin.

-Körpənizi qucağınıza alın və onun çıxardığı səsləri və üz ifadələrini onunla birlikdə təkrarlayın.

- Körpənizin ətrafına yumşaq yastıqlar qoyaraq dəstəksiz oturmağa cəhd edin.

- Körpənizin sizi görə biləcəyi bir yerə keçib qollarınızı açın və onu qucaqlayacağınızı söyləyin, körpəniz gülümsər, naz edər. Sizə çatmağa çalışarkən onu qucaqlayın.

qidalanma

-Körpəniz qatı qidalarla tanış olmağa davam edər. Yeni taxıllar, meyvə suları və tərəvəzlər menyuya əlavə olunar. Bu dövrdə hələ portağal və pomidor suyundan, bal və yumurta ağında uzaq durun. Bu qidalar üçün bir yaşını gözləyin.

diqqət

- Evdəki bütün ştepselləri təhlükəsizliyə alın, kabelləri ortadan qaldırın, yerlərdə və körpənin əli çata biləcəyi sahələrdə uda bilməsi mümkün olan, boğulmasına səbəb ola biləcək ölçüdə oyuncaq və s. heç nə buraxmayın.

- Eviniz nərdivanlı isə ağızlarını kiçik qapılarla bağlayın. Dəmanları və təmizlik vəsaitlərini üst rəflərdə və kilidli yerlərdə saxlayın.

- Uşaq arabasıyla gəzməyə çıxın, parka aparın.

- Qarışıq peyvəndləri üçün həkimə aparın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!