Uşaqların aylıq inkişafı (8 aylıq)

Uşaqların aylıq inkişafı (8 aylıq)
Bir Ana - Bir Bala
10.09.2017 37
8 aylıq körpənin inkişafı

 

Nələr edə bilər?

- Kiçik obyektləri baş və işarə barmağı ilə tutar.

- Yaxşı iməkləyər.

- Kömək almadan oturar mövqeyə keçər.

- Özünü, yapışıb çəkərək ayağa qaldıra bilər.

- Başqaları ilə oynamaqdan xoşlanar.

- Keçmişi xatırlayır, yenidən qarşılaşdığı hadisələri xatırlayaraq davranışını müəyyənləşdirir.

- Anaya çox bağlıdır, ayrılıq qorxusunu hiss edər.

dəyişikliklər

- Ətrafında gördüyü hər şeyi maraqla araşdırar. Tapdalayar, vurar, atar və boşaldar.

- Dırmaşmağı sevər, alçaq divana, pilləkənlərə, aça bildiyi siyirtmələrə dırmaşar, necə geri dönəcəyi vecinə deyil.

- Nə istədiyini yaxşı bilər. Şəxsiyyəti inkişafa başlar. Yoluna çıxanda əsəbləşər.

- Öz yemə stilini və menyusunu müəyyə etməyə başlar.

- Görməsi tam olaraq inkişaf etmişdir. Ətrafındakı bütün detalları seçir.

- Körpəniz sizi təqlid edərək dünyada necə yaşayacağını öyrənməyə başlayır. Sözləri deməsə də mimikalarınızla söhbətinizi təqlid edər. Ev içindəki bütün davranışlarınızı izlər, yeri gəldikcə təkrarlayar.

oyunlar

- Körpənizin təqlid etməkdən xoşlanacağı əyləncəli səslər çıxarın, hərəkətlər edin.

- Körpələr və uşaqlar üçün musiqilər, mahnılar dinlədin.

- Ayaqda mövqeyə gətirərək rəqs etməsini, getməsini, temp tutmasını təmin edin.

- Körpənizlə birlikdə iməkləin, böyük uşağınız varsa onu da sizə qoşulmağa dəvət edin.

- Oyuncaqlarını bir səbətə doldurun, necə çıxaracağını öyrədin, sonra yenidən doldurub onun boşaltmasına icazə verin.

- Körpənizlə birlikdə alverə çıxın, sıxlıq mühitlər onun üçün xəbərdarlıqçı və əyləncəlidir.

- Körpənizə qucaqlamaq, öpmək, danışmaq üçün zaman ayırın.

qidalanma

- Yeni qidaları körpəniz ac ikən verin.

- Əlinə dişləməsi üçün az bişirilmiş tərəvəzlər, biskvit, meyvələr verin.

- Pomidor və portağal suyuna başlaya bilərsiniz.

- Körpənizin müstəqillik nümayişlərinə hazırlıqlı olun. Birdən körpə yeməklərini istəməz, qaşığı rədd etsə bunu problem etməyin. Tökməyə hazırlanın.



baxım

- Körpəniz bu yaşda hər tərəfi " analiz" etməyi çox sevər. Xüsusilə kəsici, iti, qırıla bilən əşyalarınızı üst rəflərə daşıyın.

- Həkim, təcili yardım, xilasetmə, polis telefonlarını yazın, telefonun yanında bir yerə qoyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!