Uşaqların aylıq inkişafı (12 aylıq)

Uşaqların aylıq inkişafı (12 aylıq)
Bir Ana - Bir Bala
10.09.2017 78
12 aylıq körpənin inkişafı

 

Körpənizin bitməz- tükənməz enerjisini gördüyünüzdə, onun xəstəxanadan evə gətirdiyiniz kiçicik varlıq olduğu günü xatırlayırsınız, düzdürmü? Və bu günü ilə qürur duyursunuz...

Təxminən hər beş körpədən üçü 12 ayında gəzməyə başlayır. On ayın sonunda körpənizin ayaq üstə dəstəksiz dayana bilməsi, gəzməyə hazır olmaması da normal bir inkişaf sayılır.

Körpənin ilk addımları, ümumiyyətlə, yıxılmaqla nəticələnər, bu zaman körpəni qucaqlamaq və heç bir şey olmadığını yumşaqca izah etmək onu təkrar addım atması üçün cəsarətləndirəcək. Yıxıldıqdan sonra canının ağrımasından çox, müvəffəqiyyətsiz olduğu üçün ağlayar. Buna görə yanına qaçıb ona cəsarət versəniz, yıxıldığı üçün daha çox həyəcan keçirməyəcək.

Vaxt keçdikcə körpə gəzmə funksiyasının bütün mexanikasını anlayacaq. Hərəkətli bir körpə oyun parkında və yatağından gözü görən hər yüksəkliyə dırmaşa və bu yerdən də təhlükəli bir şəkildə düşmə riskini artıra bilər. Körpəniz dırmaşmağı çox sevirsə, otağı təhlükə yaradan hər şeydən təmizləməlisiniz.

Körpəniz qaşıq və ya çəngəli çox yaxşı istifadə etməsə də, özü yemək yeyə bilər. Uyğun zamanlarda əlləriylə yemək yeməsinə icazə verin və etdiyi dağınıqlığa görə acıqlanmayın.Bu dövrdə körpəniz daha çox hərəkətdə olduğu üçün, çəki alması yavaşlayar. Gün içində tək pay yeyib, bir neçə yemək xaricində önünə qoyulan hər şeyi rədd edə bilər. Birdən körpəniz çox sevdiyi banandan imtina edib, alma yemək istəyə bilər. Bu tamamilə normaldır.

Bu dövrdəki körpələrin gün ərzində ən az bir dəfə istirahət, yəni yuxuya ehtiyacları vardır. Bu ayın əvvəlində körpəniz, gündəlik hərəkətləri ilə əlaqədar ona söyləyəcəyiniz bir çox şeyi anlayar. Bu ay sonunda bir- iki sözü özünə xas bir şəkildə deyə bilər.

İşığı yandırıb söndürmə bu dövr uşaqların ən həyəcanverici oyunlardan biridir. Hərəkət edən hər obyekt dərhal onu cəzb edir və artıq obyektləri qırıb dağıtmaqdan deyil, bir araya gətirməkdən xoşlanar.

Oyuncaq alarkən oyuncaq qutularının üzərindəki yaş məhdudiyyətlərinə xüsusilə diqqət yetirməlisiniz. Əgər qutudakı yaş həddi 3 yaşdan yuxarı göstərirsə, bunun səbəbi bu oyuncaqların daha kiçik yaşdakılara ağızlarına alaraq təhlükə yarada biləcək kiçik parçaların olmasıdır.

Oyuncaq heyvanlar bu dövrdə körpənizin favorit oyuncaqlarındandır və ümumiyyətlə, uşaqlar bu dövrdə 1-2 dənə oyuncağına çox bağlanarlar. Bu oyuncaqlar yuxuya "keçid", köməkçi belə olacaqdır..

Bu ay sonunda körpənizdə bir yumor anlayışı inkişaf edəcək. Məsələn, etdiyi bir şeyə güldüyünüzü gördüyündə bunu təkrar-təkrar edəcək..Yaxında körpəniz 1 yaşını qeyd edəcək. Hər nə qədər bu yaş günü körpəliyin bitməsini göstərsə də, körpəcə davranışların bitmiş olduğunu göstərməz. Və sizin "çox xüsusi" körpəniz, "çox xüsusi" bir uşaq olma yolunda sürətlə irəliləməkdədir.

İctimai, fiziki- zehni qabiliyyətləri



• Ana-ataya, tanışlarına və sevdiyi obyektlərə şəfqət və maraq göstərər.

• Yuxuya qarşı müqavimət göstərər.

• Ruh halları dəyişkənliyi göstərər.

• Ana-atadan ayrılmağa qarşı çox reaksiya göstərər.

• Valideynlərdən çox kömək gözləyər.

• Sevmədiyi yeməklərə və ya yemək yedirilməyə inad edər.

• Zarafat anlayışı inkişaf edər.

• Qalxmaq, getmə və gəzmə qarışığı bir hərəkət içərisində olar.

• Bir yerdən tutmadan bir - iki addım atar və ya təkərli bir oyuncağa söykənərək gedər.

• Nərdivan çıxa bilər.

• Ayaq üstən asanca oturma mövqeyinə keçə bilər.

• Telefon, avtomobil kimi oyuncaqları istifadə etməyi öyrənər.

• İki obyekti qol altına qoyub, üçüncüsünü əlinə ala bilər.

• Özünə verilən təlimatları və söylənilən bir çox şeyi anlayar .

• "Ana" sözündən başqa bir - iki söz daha söyləyə bilər.

• Jurnal və kitablardakı heyvanları tanıyar.

 

Allah bütün ailələrə bu şirin payı qismət etsin  :128:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!