Anaların xəstəlik icazəsi olmaz!

Anaların xəstəlik icazəsi olmaz!
Bir Ana - Bir Bala
10.09.2017 40
İndi soruşsaq ki, ən ağır iş hansıdır? Hərə bir tərəfdən "mənim işim çox ağırdır” deyəcək. Bu təbii haldır. Lakin hər kəs bilir ki, istənilən işdə, müəllim, həkim, polis, mühasib və s. xəstələndiyin zaman telefonu alırsan əlinə və zəng vurursan işə, xəstələndiyini bildirib xəstəlik icazəsi  alırsan. Çünki mütləq sənin işini əvəzləyəcək biri vardır. Bəs "analıq” işi ???



Qadınlar.Biz cəbər verir ki, Anaların xəstəlik  icazəsi olmaz! Evdə ata çox xəstələnsə işə getməz, uşaq da bağçaya ya da məktəbə... Bəs ana xəstə olarsa??? Onun dayanıbistirahət etməyə, 'analıq' işindən imtina etməyə icazəsi vardırmı?



Ətrafımızda bəzən xəstələnən ərini qısqanan xeyli çox ana var. 'Heç xəstəlik də qısqanılarmı?' deyə düşünür insan. Xəstələnən həyat yoldaşının yalnız iş yerinə zəng vurub xəstə olduğunu xəbər verdiyini və sonra da kresloya uzanıb istirahət etdiyini, hazır isti çayın və şorbanın gətirildiyini görən qadın özünü necə düşünməsin? Necə qısqanmasın? Xəstələnsə belə evdəkilərin mütləq yemək yeməsi, körpənin altının dəyişdirilib yatırdılması, yaşı bir az böyüksə bağçaya aparılması və gətirilməsi, yemək hazırlanması, lap yeməyi sifariş etsən beləsüfrənin qurulması,yığışdırılması lazımdır və bunların hamısıyla da ana maraqlanır. Ana evdə də olsa, xəstə-xəstə işə də getmiş olsa fərq etməz. Evə girdiyi anda analıq-yoldaşlıq vəzifəsi başlar yenə. Qadın xəstə olduğunu özünə belə etiraf edə bilməz çox vaxt...



İndi isə sizə xəstələndiyiniz zaman köməkçi ola biləcək bəzi məlumatlar vermək istəyirəm. Yaxşı, deyək ki həqiqətən xəstəsiniz; pis soyuqladınız və başınızı belə qaldıracaq halınız yoxdur. Evdə nələr etsəniz həyatı həm özünüz, həm də ətrafınızdakılar üçün asanlaşdırmış olarsınız, bir nəzər salaq birlikdə.



1.Əgər uşağınız çox kiçik deyilsə bir səbətin içinə qoyacağınız peçenye, meyvə və meyvə suları ilə su bidonunun yanına qoyacağınız qırılmaz stəkanların köməyiylə asanca yeyə bilər, sularını içə bilərlər.



2.Öz-özlərinə oynamalarına icazə verin. Uşaqlarınıza gözünüzün qarşısından ayrılmadan istədikləri oyunu oynaya biləcəklərini söyləyin. İstər masanın altına girib evcilik oynasınlar, istəyərlərsə də kreslolardan ev edib, onun içinə sığınsınlar. Buraxın dağıtsınlar, sonra yığışdırarsız necə olsa da.



3.Xəstəliyi özünüzə verdiyiniz bir icazə olaraq görün. Qoyun qalsın paltarlar, qab-qacaqlar, bir neçə gündə heç bir şey olmaz. Unutmayın ki yatıb, istirahət etmədən soyuq dəyməsi keçməyəcək.



4.Əgər həyat yoldaşınız bütün bu xəstəlik müddətində sizə hər mənada kömək etməyə çalışarsa, siz həqiqətən özünüzü "xoşbəxt qadın” hesab edə bilərsiniz!

5. Çalışın xəstələnməyin, əziz analar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!