Eşit məni

Eşit məni
Bir Ana - Bir Bala
10.09.2017 13
Övladınızı səsləyirsiniz, o isə sizə qarşı laqeyddir. Özünü elə aparır ki, sanki sizi eşitmir. Bu vəziyyətdə nə etməli?

Əvvəlcə bir faktı nəzərə alın ki, uşaq doğrudan da sizi eşitməyə bilər. Diqqətini bir işdən digərinə yönəltmək üçün uşağa müəyyən vaxt lazımdır. Bütün diqqətini maraqlandığı işdə toplamaq onun özü üçün çox xeyirlidir. Amma hər deyilən söz cavabsız qalanda da valideyn qıcıqlanır.

1.Uşaq meydançalarında uzaq məsafədən övladları ilə danışan valideynlərə az rast gəlmirik. Bu zaman övladları heç onlara fikir də vermirlər. Valideynlər bilməlidirlər ki, uşaqla danışarkən mütləq ona yaxınlaşmaq lazımdır.

2. Nə isə deməmişdən qabaq uşağa toxunun. Fiziki əlaqə sözlərdən daha tez diqqəti cəlb edir. Danışarkən gözlərinin içinə baxın.

3. Danışarkən uşaqla eyni səviyyədə olmaq lazımdır. Buna üçün də əyləşin.

4. Eyni sözləri təkrarlamayın. Xüsusən də, "Mən kimə deyirəm”, "Mənə qulaq as”, "Belə eləmə”və s. kimi cümlələrdən istifadə etməyin.

5.Uşağı maraqlandırmaq üçün ona xoş gələn mövzulardan danışın. Məsələn, "Gəl yemək yeməyə, səni neçə dəfə çağırım” əvəzinə "Bu gün əsl pirat xörəyi bişirmişəm” deyin. O dərhal maraqlanmağa başlayacaq.

6. Sakit səslə danışın.

7. Cingildəyən bir əşya seçin və uşaqla sözləşin ki, onunla vacib işiniz olduqda bu əşyanın səsi gələcək.

8. Uşağı yeməyə çağırırsınız, o isə elə bil sizi heç eşitmir. Amma yaxınlardan kimisə çağırdıqda dərhal reaksiya verir. Deməli, uşaqlar başqalarına deyilənləri daha diqqətlə dinləyirlər. Bundan yararlanmaq olar.

9. Düşünün, dedikləriniz bir məna kəsb edirmi? Bəlkə, sözlər artıqdır? Böyüklər özləri nümunə göstərmək və ya uşağa müstəqillik vermək əvəzinə daha çox lazımsız məsləhətlər verməyi sevirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!