Uşaqlarda dəmir çatışmazlığının səbəbləri

Uşaqlarda dəmir çatışmazlığının səbəbləri
Bir Ana - Bir Bala
10.09.2017 45
Narahatlıq, iştahsızlıq, halsızlıq və tez yorulma… Bunlar körpələrdə və uşaqlarda görülən dəmir çatışmazlığının ən əhəmiyyətli əlamətləri arasındadır. Bir çox xəstəliyə işarə edən dəmir çatışmazlığı zəka geriliyinin də səbəbləri arasında göstərilir. Mütəxəssislər ana südüylə bəslənməyən körpələrdə dəmir çatışmazlığının olduğunu söyləyir.



Qansızlığın hər yaşda ortaya çıxa bilən bir problem olduğunu, ancaq xüsusilə körpə və uşaqlıq çağında daha çox rast gəlindiyini ifadə edən həkimlər uşaqlarda dəmir çatışmazlığından qaynaqlanan problemlər və müalicə haqqında belə məlumat verir:



Dəmir çatışmazlığının əsas səbəbi körpənin ana südü ilə qidalanmaması və tərkibində dəmir az olan qidalarla qidalanmasıdır. Dəmir çatışmazlığı ilə əlaqədar anemiya yalnız fiziki narahatlıqlara səbəb olmur, eyni zamanda körpələrdə zəka səviyyəsinə də təsir edir. Buna görə də körpə və uşaqlarda tez-tez yaranan anemiyanın əlamətlərini yaxşı müşahidə etməsi və həkimə müraciət etməsi lazımdır.

Diqqətli olun

Südlə qidalanan uşaqlarda narahatlıq, davranış dəyişiklikləri, iştahsızlıq, yuxusuzluq kimi hallar görünür. Daha böyük uşaqlarda və yetkinliyə keçiş dövründə isə yorğunluq, halsızlıq, baş gicəllənməsi, baş ağrısı, tez yorulma və nəfəs darlığı kimi şikayətlər ortaya çıxır.



Dəmir çatışmazlığı anemiyası nədir?

Anemiya - qanda hemoqlobin konsentrasiyasının və ya qırmızı qan hüceyrələrinin sayının birlikdə və ya ayrı-ayrı normal dəyərlərinin azalmasından ibarət olan kliniki cədvəldir. Bu dəyərlərin azalması nəticəsində qanın oksigen daşıma tutumu və toxumalara gedən oksigen miqdarı azalar.



Körpələrdə və yetkinlərdə anemiyaya daha çox rast gəlinir



Uşaqlarda anemiyanın əmələ gəlməsində pəhrizin çox böyük əhəmiyyəti vardır. Pəhrizin ən əhəmiyyətli olduğu yaş qrupları 6 ay - 2 yaş arası və uşaqlıqdan yetkinliyə keçid dövrüdür. Böyüməyin çox sürətli olduğu bu iki dövrdə dəmiri az olan yeməklərlə qidalanma nəticəsində dəmir çatışmazlığı anemiyası əmələ gələ bilər. Adolesan (uşaqlıqdan yetkinliyə keçid dövrü) qızlarda adətən aybaşının nizamsız və çox olması da dəmir əskikliyinə səbəb olan bir faktordur. Qan istehsalında əhəmiyyətli rol oynayan digər iki qida faktoru B12 vitamini və fol turşusudur. Ancaq bu iki qidanın əskikliyinə bağlı anemiyalar uşaqlardakı dəmir əskikliyinə bağlı anemiya qədər çox görülmür. Yalnız pəhriz deyil, bəzi dərmanların istifadəsi də uşaqlarda anemiyaya səbəb olar. Uşaqlarda xroniki xəstəliklərin və tez-tez keçirilən infeksiyaların anemiyaya səbəb olduğu gerçəkdir.



Mütləq mütəxəssis yardımı alın



6 aylıq ikən aparılan təkrar qan araşdırmasında və ya müayinədə hemoqlobin, dəmir və ya ferritin səviyyələrinin azalması ilə diaqnoz qoyulur. Tədqiqatın nəticələrinə görə dəmirlə zəngin pəhriz və ya dəmir preparatları ilə müalicə planlaşdırılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!