Ana südü ilə qidalanan körpələr daha ağıllı olur

Ana südü ilə qidalanan körpələr daha ağıllı olur
Bir Ana - Bir Bala
10.09.2017 34
Britaniyada ana südünün xeyrini anlamaq üçün aparılan uzun müddətli təcrübənin nəticəsi məlum olub.



6 min körpə doğum anından etibarən 30 il ərzində izlənilib. Hazırda 30 yaşı olan həmin adamların 3 min 500-ü sınağa icazə verib. Onlarla müsahibə aparılıb və IQ göstəriciləri müəyyənləşdirilib.



Ana südü ilə qidalananların daha ağıllı olduqları, daha uzun müddət təhsil aldıqları və çox qazandıqları müəyyən olunub. Körpənin ana südüylə bəslənmə müddəti artdıqca göstəricilərin daha da yaxşılaşdığı müşahidə edilib.



Sınaq nəticəsində müəyyən olunub ki, 12 ay ana südü ilə qidalanan körpələrin IQ nəticələri bir aydan qısa müddət ana südüylə qıdalananlardan 4 bal artıq olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!