Qadın neçə uşaq dünyaya gətirə bilər?

Qadın neçə uşaq dünyaya gətirə bilər?
Bir Ana - Bir Bala
10.09.2017 17
Bu nə sualdır? Allah nə qədər imkan verdi, o qədər, ya da özüm bilərəm -bəziləri fikirləşərlər.

Belə də hesab olunur ki, doğuş qadın sağlamlığına, əgər patologiyasız keçirsə, müsbət təsir göstərir. Ancaq bu, heç də belə deyil - Texas Universitetinin mütəxəssisləri əksini iddia edirlər.

Onlar orta yaş həddi 45 olan 1644 qadını araşdırmaya cəlb ediblər. sas diqqəti isə tac arteriyası ilə aortanın divarının qalınlığına veriblər.

Nəticədən belə çıxıb ki, dördüncü və daha çox uşağın doğuşu qadını ürək xəstəlikləri riskinin çox böyük olduğu bir qrupa yönləndirir. Alimlər deyirlər ki, üçüncü uşaq doğulandan sonra arteriyalar qalınlaşır və bərkləşir. Çünki hamiləlik ürək-damar sisteminə əlavə yükdür, ürəkdən keçən qanın həcmi də bu zaman 50% artır.

2-3 uşağı olan qadınlarla müqayisədə onlar ürək-damar sisteminin problemlərilə 2 dəfə çox rastlaşırlar. Uşaqsız qadınlar, yaxud bir uşağı olanların nəticələri də ürəkaçan olmayıb - onların da arteriyaları daralır və bərkləşir.

Beləliklə, alimlər qadınlara həyatları boyu ən az 2, ən çox 3 uşağın anası olmağı tövsiyə edirlər. Həmçinin bunun üçün gec qalmamaq da şərtdir -səhhəti düzəltməyə daha çox vaxt olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!