Uşaqlara hansı yaşda bal verilməlidir?

Uşaqlara hansı yaşda bal verilməlidir?
Bir Ana - Bir Bala
10.09.2017 62
Bal təbiətin bizə bəxş etdiyi misilsiz ləzzətlərdən biridir. Təkibindəki vitamin, mineral və fermentlərə görə təbii bir şəfa qaynağı və qiymətli bir qida sayılır. Bu gün balın kiçik yaşlı uşaqlar üçün əhəmiyyətindən danışacayıq. 1 yaşından sonra uşaq qidalanmasında əhəmiyyətli bir yeri olan bal, xüsusilə qış aylarında tənəffüs yolu infeksiyalarından qorunmasında və müalicəsində də yer alır.



İmmunitet sistemi üçün bal

Vitamin, mineral, turşu, fermentlər kimi bir çox həyati maddə ehtiva edən bal, həzmi asanlaşdırması, iştaha açması və inkişaf pozuntularında bədənin güclənməsinə yardımçı olması səbəbindən uşaq qidalanmasında çox lazımlıdır. Bal uşaqlarda dəmir çatışmazlığının aradan qaldırılmasına kömək olur. Balın tərkibindəki maqnezium damarlarda qanın laxtalanmasının qarşısını alır və stressin mənfi təsirlərindən qoruyur.

 

Həmçinin bağırsaq mikroflorasının yaxşılaşmasına olan təsirləri səbəbi ilə hər yaş qrupunda qəbizliyin qarşısının alınmasında da yardımçı olur. Balın immunitet sistemini möhkəmləndirdiyi, yara və iltihab yaxşılaşmasında müsbət təsirə malik olduğu da məlumdur. Araşdırmalarda bal yeyən uşaqların böyümə və inkişaf templərinin daha yaxşı olduğu müəyyən edilmişdir. Balın süd və süd məhsulları ilə qarışdırılması öskürək, boğaz xəstəliklərinə qarşı məlum olan ən qədim qorunma üsullarından biridir. Südü şirinləşdirmək məqsədilə şəkər əvəzinə bal istifadə edilməsi uşaqların həm bal, həm də süd qəbulunu asanlaşdırdığı üçün faydalıdır.

 

Uşaqlar nə qədər bal yeməlidir?



Balın qəbul edilmə miqdarı əhəmiyyətlidir. Uşaqların kilo hesabına orta hesabla 1 q. bal yeməsi təklif edilir. Məsələn, 20-25 kq. olan bir uşağın, gündə 20-25 q. yəni təxminən 2-3 çay qaşığı bal yeməsi inkişafı üçün böyük fayda verir.

Bal 1 yaşından sonra uşaqlara verilməlidir



Balın tərkibində Clostridium adı verilən bir bakteriya olur. Böyüklər üçün təhlükəli olmayan, amma 1 yaşına girməmiş körpələrdə immunitet sistemi inkişaf etmədiyindən Botulizm xəstəliyinə, astma, allergiya, tənəffüs və sinir iflicinə belə yol açır.

 

Təbii və qidalandırıcı bir məhsul olmasına baxmayaraq, bal tərkibindəki zəhərli və allergen maddələr səbəbindən zərərli ola bilər. (Arı pətəklərinin yerləşdiyi ərazidə aparılan dezinseksiya və kənd təsərrüfatdan təsirlənərək zəhərli və allergen tərkibi yaranır). Bu səbəblə, bal qəbul edərkən və satın alarkən seçici davranılmalı, keyfiyyəti və etibarlılığı məlum olan məhsullar seçilməlidir. 1 yaş ərəfəsində uşaqlara qətiyyən bal verilməməlidir.

 

Hamiləlik və əmzdirmə dövründə ananın bal qəbul etməsində heç bir maneə yoxdur, hətta faydası var. Ancaq əmizdirmə dövründə anaların çox tez-tez etdikləri bir səhv vardır ki, o da uşağın rahat döş əmməsi üçün döş ucuna bal sürtülməsi, ağlamasını kəssin və ya rahat yatması üçün döş ucunun bala batırılaraq körpəyə verilməsidir. Analarımızın nənələrimizdən gördüyü bu ənənə təəssüf ki, ciddi problemlərə yol açır.

Balda zərərli maddə olurmu?



Bal təbii bir qida maddəsidir. Təbii şəkildə istehsal olunur. Balın təbiətində zərərli maddə yoxdur. Ancaq bütün kənd təsərrüfatı məhsulları kimi, bal istehsalında da istehsalçılar zərərvericilərlə və xəstəliklərlə mübarizə üçün dərmanlara müraciət edirlər. Kor-təbii halda dərman istifadəsi, bəzi balda kimyəvi formula olmasına səbəb olur. Balda yerləşən bu cür zərərli və ya yad maddələrin müəyyən edilməsi qabaqcıl texnologiya ilə təchiz olunmuş laboratoriyalarda, mütəxəssislərlə aparılacaq təfərrüatlı analizlərlə mümkündür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!