ANAMA

ANAMA
Bir Ana - Bir Bala
10.09.2017 13
ANAMA


-Ana olar bu gecə səninlə yatım?
-Niyə ki, quzum?
-Ana qaranlıqda qorxuram.
Anası hər zaman balasını həm qaranlıq otaqdan ,həm də qaranlıq həyatdan qoruyurdu. Balaca elə hesab edirdi ki, anasının qoynu ən işıqlı bir yerdi. Başını həm sinəsinə qoyub yatanda xəyalında özünü yelləncəkdə sürüşən,top-top oynayan balaca kimi hiss edirdi. Axı anası onu qoruyurdu.
-Quzu ayaqqablarıvı çıxart yatanda.
-yox ana, gecə xoxanlar oğrayacaq.
Balaca hər zaman elə düşünürdü ki, nağıllardakı qorxulu xoxanlar gecələr onun otağına gəlir oyuncaqlarını , yaşıl ayaqqabılarını oğrayır halbu ki, o özü oyuncaqlarını yerinə qoymurdu.

Ana ,balası yuxuya gedəndən sonra ayaqqablarını çıxardıb balasının ayaqlarından öpüb yatızdırardı. O qoymazdı balası ayaqqabıya möhtac qalsın. Tikan batsa qoy ananın əlinə batsın amma balası rahat yaşasın ayaqyalın getsə belə.
Quzusu yıxılanda dizi qanayanda ağlamaq tutsa özünü elə aparırdı ki,sanki gülür amma ana ürəyi balacanın çənəsindən, duruşundan,baxışından anlardı ki, balası ağrıyır. Necə ki, böyüyəndə balaca yıxıldı həyatda anası kömək etmək istəsə belə dedi durmağı da öyrən !
Hamının anası əzizdi amma bu ana başqa cür əzizdi,safdı,pakdı çünki o balacaya elə yaşam verdiki balacada bir başqa balacaya HƏYAT verdi!
Anam, əllərindən öpürəm...
Bu gün mənim üçün yenidən dünyaya gəldin...
Qocalma Ana...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!