Uşaqlar niyə yalan danışır?

Uşaqlar niyə yalan danışır?
Bir Ana - Bir Bala
10.09.2017 26
Uşaqlar ətrafında gördüklərini təkrar edirlər. Əgər uşağınız yalan danışırsa, mütləq ətrafında yalan danışan insanlar var - ya məktəbdəki yoldaşları, ya bacı-qardaşı, ya da siz özünüz. Özündən tez-tez söz uyduran uşaq, ana-atasının yalanlarına da çox həssas yanaşır. Onlar aldadılmağı sevməz və asanlıqla bağışlamazlar. Məsələn, "Həkimə tələsirik" deyib, gəzməyə gedən valideynlərindən hesab soruşarlar.



Uşaqlarınızın yanında söhbət edərkən diqqətli olun. "Hələ uşaqdır, heç nə başa düşmür" deməyin.



Hekayə:  Əlinin atası yalanı heç sevməzdi. Və "Bizim evdə heç  sevilməyən şey yalandır"  deyərək hər zaman təkrar edərdi. Hətta neçə dəfə Əlinin yalan danışdığını bilib Əliyə çox əsəbləşmişdi. Hər dəfə yalanına şahid olanda "Bu uşaq hardan öyrənir yalan danışmağı?" deyə əsəbi halda xanımından soruşardı.



Bir gün atası ilə danışmaq istəyən bir şəxsdən zəng gəlir. Telefona Əli cavab verir. Atası uzaqdan Əliyə əli ilə "Evdə yoxam" işarəsi göstərir. Əli telefondakı səxsə atasının dediyi yalanı təkrar edir.



Həqiqəti deyərsə, başına iş gəlməsindən qorxaraq yalan danışmağı seçir. Yalan danışaraq özünü müdafiə etmək uşaq üçün ən asan çıxış yolu olur. Beləliklə, uşaq hər zaman yalan danışaraq özünü yalanlarla müdafiə etməyə başlayır. Uşağın üzərində qurulan təzyiq yalan danışmasına səbəb olur. Bunun üçün uşağın özünü olduğu kimi göstərə bilməsi, yəni onun istək və arzularına qulaq asılması çox əhəmiyyətlidir. Şəxsiyyətin inkişafı üçün də bu yol vacibdir. Çünki uşaq üzərində həddindən artıq nüfuz qurmaq və nəzarət onu utancaq, soyuq və qorxaq olmağa sövq edir. Buna görə də düşüncələrini ifadə edə bilmir və heç kim onu başa düşmür. Uşaq narahat olmağa başlayır. Ətrafındakılar ilə ünsiyyət qura bilmir. Nəticədə öz dünyasına qapanır və özünü cəmiyyətdən uzaqlaşdırır.



Uşaq tez-tez yalan danışırsa, bu haqda ciddi düşünmək lazımdır. Bu o deməkdir ki, valideynlərlə uşaq arasındakı etibar, inam hissi zədələnib. Ya uşaq valideynlərinin ondan gözlədiklərini yerinə yetirməkdə çətinlik çəkir, ya da cəzalandırılmasından qorxaraq yalana əl atır. Məsələn, məktəbdəki müvəffəqiyyətsizliyin bağışlanmadığı bir evdə uşaq qiymət cədvəlini itirdiyini deyir, ya da atasının yerinə özü imza qoyur. Bu isə o deməkdir ki, valideynlə uşaq arasındakı əlaqələr çox bərbad vəziyyətdədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!