Uşaqlara iki dilin eyni anda öyrədilməsi

Uşaqlara iki dilin eyni anda öyrədilməsi
Bir Ana - Bir Bala
10.09.2017 12
Bəzən sizdə də belə bir sual yarana bilər: "Görəsən mənim övladım xarici dili necə öyrənəcək?" və ya "Görəsən o, balaca yaşında eyni zamanda iki dil öyrənə bilərmi?" Bu suallar çoxdandır ki, valideynlərdən başqa, müəllimləri və alimləri də maraqlandırır. Həmin suallarla bağlı bəzi məsləhətlər sizə də maraqlı olar. Uşaqların öz dillərini inkişaf etdirməsi üçün, nələrə ehtiyacları var?



Uşaqlar eyni zamanda fərqli dilləri rahatlıqla öyrənə bilərlər



Əgər övladınız iki fərqli dillə böyüyürsə (məsələn, evdə ana dili, uşaq bağçasında, məktəbdə ingilis, alman, ya da rus dili), bu, onun üçün gələcəkdə böyük şansdır. Tədqiqatlar göstərir ki, valideynləri tərəfindən dəstəkləndiyi zaman uşaqlar iki və ya üç dili rahatlıqla mənimsəyə bilirlər. Əsasən balaca uşaqlar üçün ailə üzvləri arasındakı danışıqların dəqiq qaydada aparılması çox vacibdir.



Uşaq bağçası övladınız üçün bir şansdır



Uşaq bağçasında övladınız gələcəkdə məktəb dövrü üçün çox vacib olan dil inkişafına sahib olur. Bu səbəbdən övladınızın 3 yaşından etibarən uşaq bağçasına getməsi ona böyük bir dəstək ola bilər. Uşaq bağçasında tərbiyəçilər müxtəlif dil öyrədən oyunlar, mahnılar, şeirlər və kitablar vasitəsilə uşaqlarda ana dili və xarici dili mənimsəmək vərdişlərini inkişaf etdirirlər.



Övladınızla hansı dildə danışırsınız?



Bəzən valideynlər övladlarına xarici dil öyrənsinlər deyə özlərinin bildiyi şəkildə onlarla xarici dildə danışmağa səy göstərirlər. Bu yanlışdır. Valideynin bildiyi və rahat danışdığı dildə, yəni ana dilində danışması daha məqsədəuyğundur. Çünki, bu dildə valideyn bütün sözləri bilir və cümlələri rahatlıqla qurur.  Beləliklə, övladınız dil üçün lazım olan əsas təmələ sahib olur. Əgər övladınıza ikinci bir dili öyrətmək məqsədiniz varsa, bunun üçün xüsusi tərbiyəçilərin köməyindən faydalanmalısınız.



Övladınızın dilinin inkişafı üçün nə edə bilərsiniz?



Bir uşaqla dil məşqi etmək mümkün deyil. Dil uşaqlarda davamlı danışmaq və dinləməklə inkişaf edir. Belə ki, kitablardakı rəsmlərə baxdığı zaman, ya da uşağın xoşuna gəldiyi insanlarla yemək masası arxasında danışdığı zaman dil bilikləri artır. Gündəlik söhbətlər uşaq üçün çox vacibdir. Hər gün gördüyünüz hadisələrdən onunla danışın. Övladınızın sizə verdiyi suallar və bəzi hadisələri sizə danışması sevindirici hal olmalıdır. Danışaraq uşaq öz fikirlərini sərbəst başa salmağı öyrənir. Uşaqlar səhv etməkdən çəkinmədikləri zaman daha yaxşı öyrənirlər. Hərdən onlar yeni sözlər icad edib dil ilə oynayırlar. Bu, çox səmərəli oyundur və dilin inkişafına kömək edir. Bir kəlməni doğru ifadə etmədiyi zaman övladınızın səhvini düzəltməyə tələsməyin. Onların səhvlərini tez-tez düzəltdiyiniz zaman onlar gələcəkdə sizinlə danışmaqdan çəkinərlər. Bunu tədricən etmək lazımdır.

Uşaqların dil biliklərini artırmaq və inkişaf etdirilməsi üçün çeşidli oyunlar mövcuddur.

Bir kitabı yüksək səslə oxumaq, nağıl və hekayələr danışmaq, rəsmlərə bərabər baxmaq, şeir danışmaq və mahnı oxumaq dilin öyrədilməsində əvəzedilməz rola malikdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!