Valideynlərə təcili kömək - (1. hissə)

Valideynlərə təcili kömək - (1. hissə)
Bir Ana - Bir Bala
10.09.2017 22
"Altı yaşındakı Arzu özündən çıxmış halda idi. Hirsləndiyi zaman biləyini qanayanacan dişləyir, bağırır, söyüş söyür, əsəbindən anasını vurur, qapılara, divarlara çırpırdı. Ancaq öz bildiyini etməkdə inad göstərirdi.



Bir dəfə bir alış-veriş mərkəzindəykən ana-atası işlərini bitirib qayıtmaq istədiklərində, Arzu onlarla gəlmək istəmədi. Park etmiş maşınların arasında və yolda qaçmağa başladı, ana-atası da ardınca sürətlə qaçmaq məcburiyyətində qaldı. Şiddətli danlaqlar və döyülmələr onu "xırçın" davranışlarından qurtarmaq üçün işə yaramırdı. Arzu söz dinləmək istəmirdi."



Yəqin ki, belə hallarla bir çox valideyn qarşılaşmışdır. Problemi həll etmək üçün psixoloji biliklərdən və doğru tərbiyə üsullarından xəbərsiz şəkildə "özbaşına" tərbiyə üsulları tətbiq edən valideynlər də az deyil. Nəticədə elə bir vəziyyət yaranır ki, "qaş düzəltdikləri yerdə vurub gözü də çıxarırlar". Bu cür xoşagəlməz halların və yanlış tərbiyə üsullarının qarşısını almaq və düzəltmək üçün nə etmək lazımdır?



Aşağıda sayt istifadəçilərimiz üçün valideynlərin qarşılaşdığı bir neçə nümunə problem yazacam. Həmin problemlərə gələn şərhlərə əsasən mövzunu maarifləndirmə məqsədilə davam edəcəyik.



Ana və ataların qarşılaşdıqları problemlər:



1. Üç yaşındakı uşağınız istədiyini etmədikdə sizi vurur. Onu danlamağı və hətta döyməyi yoxladınız, amma davranışı yaxşılaşmaq əvəzinə daha da pisləşdi.



2. On yaşındakı qızınızdan sadə bir iş görməsini istədiyinizdə sizə verdiyi cavaba kədərlənir və əsəbləşirsiniz. Ana-ataya bu cür kobud cavab verməyin nə qədər pis davranış olduğunu ona izah etməyə çalışdığınızda ağzını-burnunu bükərək sizi ələ salır.



3. Həftə sonu 12 yaşındakı uşağınızla 8 yaşındakı uşağınız səhər TV izləyərkən dalaşmağa başlayırlar. Buna son qoymalarını təkrar-təkrar söyləsəniz də, dinləmirlər və siz bu durumda aciz qalırsınız.



4. Beş yaşındakı uşağınız əsəb tutmalarına yaxalanmışdır. Qonaq getdiyiniz dostlarınızın evində belə əsəb tutmaları nümayiş etdirir. Onun bu davranışlarına görə ətrafınızdakılardan üzr istəməkdən yorulmusunuz. Bu səbəbdən özünüzü çarəsiz hiss edirsiniz.



Qeyd: Milli xüsusiyyətlərimizə uyğun olaraq xəbəri oxuduqdan sonra ağlınıza gələn ilk fikir bu ola bilər ki: "Uşaq nə karədir ki, bu cür davransın, onun canını alaram" - deyə bilərsiz. Ancaq unutmayaq ki, müasir dövrümüzdə, valideynlərin ailəni dolandırmaq üçün iş, karyera düşünmələri övladlara lazımi zaman ayırmalarına mane olur və onlarla doğru rəftar üsullarını oxuyub öyrənməyə də macal tapmırlar. Övladlarınızla bağlı yaşadığınız problemləri şərhlərdə bildirin, əlimizdən gələn köməyi edək.



Linn Klark "SOS! Ana-atalara kömək"



Tərcümə: Ceylan Mumogluскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!