Ana südünü artırmaq yolları

Ana südünü artırmaq yolları
Bir Ana - Bir Bala
10.09.2017 73
Ana olmaq gözəl duyğudur. Körpəsini qucağına götürüb süd verməyin isə bir başqa gözəlliyi var. Analar vaxtlarınln çoxunu körpələrinə ayırar, onların qayğısını çəkməkdən zövq alarlar. Ən zövqlü olan isə körpəyə süd verməkdir. Zövqlü olmaqla yanaşı, həm də bu körpələr üçün çox vacib bir qidadır. Süd verən analar çox vaxt südün azlığından şikayət edərlər. Analar bəzən uşaqlarını 6 ay əmizdirməklə kifayətlənirlər. Bəziləri isə fərqli səbəblərdən bunu 1-2 ay ancaq davam etdirirlər. Bu xəbərimiz süd vermək istəyən, lakin südün azlığından şikayətçi olan analarımız üçün faydalı olacaqdır. Ana südünü necə artırmaq olar? İlk əvvəl bol-bol su için. Gün ərzində içəcəyiniz suyun miqdarı 3-3,5 litr olmalıdır. Əgər su içmək sizə bir qədər çətindirsə, o zaman şəkərsiz kompot, bitki çayları, ayran və şorba kimi qidalara üstünlük verməlisiniz.



Pəhriz saxlamağı ağlınlza belə gətirməyin. Əgər süd verirsinizsə və südün çox olmasını istəyirsinizsə, süd verdiyiniz müddətcə pəhruz saxlamağı unudun. Pəhriz saxlamanız bir tərəfdən körpənizin sağlam südlə qudalanmasına əngəl ola bilər, digər tərəfdən də sizin enerjinizin azalmasına gətirib çıxarar. Süd verən anaların ən çox yediyi qidalar, karbohidratla zəngin olanlar olmalıdır. Bura plov, çörək, makaron kimi qidalar daxildir. Hər gün bir kasa yulaf əzməsi südü artıran yollardan biridir. Körpənizi ana südündən məhrum etməyin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!