Yeni doğulmuş körpəni necə tutmalı?

Yeni doğulmuş körpəni necə tutmalı?
Bir Ana - Bir Bala
10.09.2017 6
Yeni doğulan körpəni doğru tutmaq qaydaları olduqca əhəmiyyətli bir mövzudur.

Fikirləşin ki, nur topu kimi bir körpəniz var. Yaxşı, indi dünyadan bixəbər bu körpəni necə tutacağınızı bilirsinizmi? Bilmirsinizsə, əsla heç qorxmayın. Yalnız bir neçə lvacib məqamlara diqqət etməklə bu problemin öhdəsindən gələcəksiniuz.  Körpənin başı və gövdəsi eyni istiqamət üzərində durmalıdır.

Körpə məməyə baxmalı, burnu məmə başının tam qarşısında olmalıdır. Ana körpəsini bədəninə yaxın tutmalıdır. Ana körpənin yalnız baş və boynunu deyil, bütün gövdəsini qavrayıb dəstəkləməlidir. Yenidoğulan körpələr, başlarını tuta bilməzlər.

Əzələləri hələ çox zəifdir və çox nəzarət altında deyildir. Əgər əlinizlə körpənizin başına dəstək verməsəniz, körpənin başı arxaya sallanıb inciyəcək, ya da körpənin qorxmasına səbəb olacaq. Körpənizi qucağınıza hər aldığınızda, o kiçik bədəni bütünlüklə tutmağa çalışın.

Başına, belinə, kürəyinə diqqət edərək xüsusilə bu üç bölgənin dəstəkli olmasına diqqət etməyiniz çox vacib olan amillərdəndir.

Qısacası, körpəni tutmaq üçün əvvəl başına dəstək verin və qucağınıza bundan sonra alın.

Bütün bunları görüntülü izləməyiniz üçün sizə bir video da təqdim edirəm. Allah bütün ailələrə bu gözəl körpə payını, körpə qığıltısını nəsib etsin.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!