Hamiləlik və çəki artımı nizamlanması

Hamiləlik və çəki artımı nizamlanması
Bir Ana - Bir Bala
10.09.2017 8
Körpənin inkişafının ananın hamiləlikdən əvvəl və hamiləlik zamanı necə qidalanması ilə əlaqəli olduğu hər kəsə məlumdur. Araşdırmalar və müşahidələr hamiləlik müddətində qeyri-kafi qidalanmanın ana və körpə üçün zərərli təsirləri olduğunu artıq dönə-dönə sübut etmişdir. Eləcə də nizamsı və məqsədsiz, yəni nəfsə sahib ola bilməməzlikdən harda nə görsə, əlinə nə keçsə, ağza aparmaq nəticəsində yaranan köklük də körpə və ana üçün təhlükəli nəticələrə səbəb ola bilər. Qadın xəstəlikləri və doğuş üzrə mütəxəssisi Niyazi Davasa görə, hamilə qadının gün ərzində qəbul edəcəyi gündəlik kalori miqdarının orta hesabla 2500 dən artıq olmamalıdır. Bunun böyük qisiminin zülalların təşkil etməsini vacib hesab edən Davas: "Karbonhidrat və yağ alınmasında diqqətli olmaq lazımdır. Bu cür qidaların, yüksək kalori səbəbiylə həddindən artıq kilo artımına səbəb olacağı unudulmamalıdır. Hamiləlikdə siqaret və spirt istifadə etmək çox təhlükəlidir, bişməmiş ət və şirniyyat məhsulları da yeyilməməlidir" sözlərini də əlavə edir. "Normal qidalanan bir qadın hamiləliyi müddətində 12 kq-a qədər əlavə çəki alar" deyən Davas hamiləlik dövrlərinə görə çəki artımı mövzusunda bunları söyləyir: "Hamiləliyin ilk yarısına, yəni 20-ci həftənin sonuna qədər ortalama 3,5 kq qədər artım olur. 20-ci həftədən sonra hamiləliyin sonuna qədər hər həftə orta hesabla 400 qr- a qədər çəki alınır. Bu artımın bir qisimi körpəyə, digər qisimi isə anaya aid çəkidir. Anaya aid çəkinin böyük hissəsi yağ toxuması artımından ibarətdir. Bu təxminən 4 kq-a qədərdir. Yağ toxuması artımı ən çox 10-20-ci həftə arasında reallaşır. Qadınlarda köklüyə çox rast gəlinməsinin bir səbəbi də hər hamiləlikdə əlavə olunan əlavə yağların doğumdan sonra atıla bilməməsidir." Həddindən artıq kökəlmək, ana şəkər xəstəsi olmasa belə, iri körpə doğumlarına, yüksək təzyiqə; qeyri-kafi qidalanma isə erkən doğuma səbəb ola bilər. Bu da doğumdan əvvəl və sonra körpə ölümlərinə gətirib çıxarır.



Ən azı yarım litr süd içilməlidir

Həkimin sözlərinə görə, hamiləlikdə ən çox şikayətə gətirib çıxaran müddət ilk 3 aylıq dövrdür. Bu dövrdə pay sayı artırılmalı, pay miqdarları azaldılmalı, yəni tez-tez və az yeyilməlidir. Hamiləlikdə ən əhəmiyyətli qida maddəsinin zülallar olduğunu, zülal ehtiyacının 30%- ə qədər artaraq 60 qrama yüksəldiyini ifadə edən Davaşın gələcək analara təklifləri belədir: "Gündəlik içilməsi lazım olan süd miqdarı ən az yarım litr olmalıdır. Süd, zülal və kalsium qaynağıdır. 1 qram zülal orta hesabla 4 kalori, 1 qram yağ isə 9 kalori verir. Bir litr süd ananın qəbul etməsi lazım olan gündəlik kalsiumu təmin edir. Təzə lobya, göy noxud, ispanaq və gül kələmdə bitki mənşəli zülallar olduqca zəngindir. Gündəlik zülalların heyvan ətləri və bitki mənşəli olaraq qarışıq şəkildə qəbul edilməsi daha xeyirli üsuldur.



Karbohidrat və yağ ehtiyatlarına diqqət

Karbonhidrat və yağ qəbulunda diqqətli olmaq lazımdır. Bu cür qidaların yüksək kalorili olduğuna görə normadan artıq istehlakı həddindən artıq çəki artımına səbəb olacağı nəzərə alınmalıdır. Belə hallarda ən əhəmiyyətli karbonhidrat mənbəyi düyü, buğda, meyvələr, yaş və quru tərəvəzlər, kartof və şəkərdir. 1 qram karbonhidrat 4 kaloriyə bərabərdir.



Yüksək təzyiq yoxdursa, duz məhdudlaşdırmamalıdır

Hamiləlikdə maye qəbulu məsələsinə diqqət göstərmək lazımdır. Yeməklərdə və onların arası müddətdə bol su içilməlidir. Bədəndə köpmə və yüksək təzyiq yoxdursa, duz məhdudlaşdırmasına ehtiyac yoxdur. Duz istehlakı həddindən artıq olmamaq şərtiylə əvvəlki kimi davam edə bilər.



Siqaret və alkoqol

Hamiləlikdə siqaret və alkoqollu içkilərdən istifadə etmək çox təhlükəlidir. Siqaret körpənin ana qarınında inkişaf edə bilməməsinə, xarici hamiləliyə, uşağın düşməsinə, ölü doğumlara səbəb ola bilər. Spirt istifadə edən hamilələrdə körpənin anormal doğulmasında artım müşahidə edilmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!