Uşaqları doğru tərbiyə edək

Uşaqları doğru tərbiyə edək
Bir Ana - Bir Bala
10.09.2017 11
Uşağı həyatda əsl şəxsiyyət və qayğıkeş bir insan kimi böyütmək üçün hər iki valideyn məsuldur. Amma valideyinlər uşaqları sıxaraq deyil, bir qədər azadə böyütməlidir ki, uşaq özünü sərbəst hiss etməlidir. Buna baxmayaraq, onların üzərində nəzarəti heç də əksik etməməlidirlər.

Uşağın xoşbəxtliyi valıdeyinlərin xoşbəxtiyindən öndə olmalıdır. Ancaq hər ikisi arasında ortaq yol seçilməsi, həm sizin üçün, həm də uşağınız üçün daha yaxşıdır.



Evin yükünü biri üzərinə götürüb həyatı çətinləşdirməkdənsə, uşaq da daxil olmaqla bir komanda kimi hərəkət etmək həm əyləncəli, həm də uşaq üçün faydalıdır.



Valideyinlər uşağı çətin, yorucu işlərdən uzaqda tutmaqdansa, uşağı həyata hazırlamaq öhdəliyini öz üzərlərinə götürməlidirlər.

Ana və atalar uşaqların problemlərinə qulaq asmalı həll yolunu da birlikdə tapmalıdır.

Valideyinlər uşaqlara qaydalar qoymalı eyni zamanda bu qaydalara uşaqların bu qaydalara etiraz haqqlarının olduğunu unutmamalı.Ən ciddi əmirin belə alternativ variantı olmalıdır.



Valideyinlər uşaqları yetişkin insan kimi dinləməli, ancaq uşaqların onlara qarşı böyük insan kimi davranmalarını gözləməməlidir. Uşaqların dostları və cəmiyyətdəki davranışları nəzarət altında olmalı amma daimi müdaxilə edilməməlidir.



Həyat körpüsündən uşağı özünüz keçirməyin yerinə, onun bu körpüdən necə kecəcəyini başa salmaq daha vacibdir.

Valideyinlər uşağın bütün gizli işlətini bildiyini söyləməməlidir. İmkan yaratmaq lazımdır ki, öz gəmisinin kapitanı özü olmağı bacarsın.



Ana və ata uşaqlara haqlı-haqsız əsəbləşə bilər, hirsi soyuduqdan sonra əgər haqsızsızdırsa, valideyn uşaqdan üzr istəməyi bacarmalıdır.

Uşağın qəfildən verdiyi sualları həmin an cavablandıra bilmirsinizsə, uyğun bir zamanda uşağa vaxt ayırıb onun suallarını cavablandırmaq lazımdır



Uşağın tərbiyəsində sevgi, hörmət, səbir və etibar sehirli kəlimələr olmalıdır. Uşağın özünü cəsarətli hiss etməsi və özünü ifadə etməyi bacaran biri kimi böyüməsi üçün bu sözlər çox vacibdir.



Səbir də məqsədli olmalıdır, hər şeyə "yox" dedikdə uşaq inadcıl, hər şeyə "hə" dedikdə isə, uşaq məsuliyyətsiz olacaq, bunu unutmamalıyıq.

Ən başlıcası uşağı insani dəyərlərlə və optimist böyütmək lazımdırскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!