Bu cümlələri hər gün övladınıza deməyiniz vacibdir

Bu cümlələri hər gün övladınıza deməyiniz vacibdir
Bir Ana - Bir Bala
10.09.2017 7
Hamımız gözəl bilirik ki, uşaqların tərbiyəsində, onların dünyaya baxışında biz valideynlərin rolu böyükdür. Xüsusən də onlara göstərdiyimiz qaygı, nəvaziş, diqqət, sevgi daha çox rol oynayır. Bəzən heç sözlərə də ehtiyac duymadan uşaqlara sevgini çatdırmaq mümkündür. Davranışımız, başlarına sığal çəkməklə minnətdarlıq bildirməmiz uşaqlara valideynləri tərəfindən sevdildiklərini anlada bilir.

Bu günkü mövzumuzda isə sizə deyilməsi vacib olan 7 cümlə təqdim edəcəyik. Bu cümlələr nəinki "Səni sevirəm" ifadəsini əvəz edir, hətta ondan daha üstün rol oynayır.



Sənə inanıram.

Övladınıza ona inandığınızı deməyiniz onda özünə inamı daha da artırıb, onu daha da güclü edir. Çətin bir problemlə qarşılaşdıqda və ya çətinlikdən qorxub geri çəkilmək istəyərkən, ona bu ifadəni deməyiniz yenidən özündə güc tapmağa səbəb olacaq. Belə çıxır ki, ehtiyacı olduğu gücü ona verməyiniz üçün iki söz kifayət edər.



Hər kiçik səhvdən nəticə çıxart.

Uşaqlarınız hansısa yanlış addımı atdığında bu cümləni işlətməyinizin çox böyük faydası var. Hər dəfə səhv etdiyində səhvini başa salmaq, ondan nəticə çıxarmağa səbəb olacaq. Etdiyi səhvi təkrarlamaq olmaz deyə xəbərdarlıq etsəniz, həm yaranmış vəziyyət üçün, həm də gələcək üçün çox müsbət nəticə yaranmış olacaq.

Bu cümlələri hər gün övladınıza deməyiniz vacibdir



Heç vaxt geri çəkilmə.

Övladınıza bu kəlməni deməyiniz, siz onun yanında olmayan zamanlarda da onda həyatın çətinliklərinə qarşı mübariz olmağı aşılayacaq. Lakin unutmaq lazım deyil ki, övladınızı bu yola dəvət edəkən vurğulamanız gərəkən bir vacib məsələ daha var. İstədiyinə yetmək üçün getdiyi yolda səhv edirsə və təkrar eyni yolla irəliləyirsə, o zaman məqsədinə çatmaya bilər. Seçdiyi yoldan geri çəkilməmək odur ki, mane ilə rastlaşanda bir başqa yolu sınaqdan keçirsin.



Hamı başlangıcda sənin kimi naşı olur.

İstəyirsinizsə övladınız qərarında qətiyyətli, hövsələli və mübariz olsun, o zaman bu cümləni deməyiniz vacibdir. Siz bunu dediyinizdə övladınız səhv etdikdə anlayacaq ki, dünyanın sonu deyil. Başa düşəcək ki, indi qibtə hissi ilə baxdığı, mükəmməl saydığı insanlar da nə vaxtsa səhv ediblər. Səhvlərini təkrarlamadan, onlardan nəticə çıxararaq yoluna davam edəcək gücü özündə tapmaqda aciz olmayacaq.



Müvəffəqiyyəsizlik bir variant deyil.

İşləri yolunda getmədikdə ruhdan düşüb müvəffəqiyyətsizliklə qarşılaşdım deyən uşaqlar üçün ən gözəl cümlədir. Qoy başa düşsünlər ki, görəcəkləri işdə geri çəkilmək yol deyil. Nəticə çıxarmaq və yenidən sınamaq lazımdır.



Hər şeyi zaman keçdikcə öyrənəcəksən.

Övladınız üçün verəcəyiniz ən böyük tövsiyyə budur: hər zaman problemlə üzləşə bilərsən, lakin bu o demək deyil ki, geri çəkilməlisən, yox, insan yaşadıqca çətinliklə qarşılaşacaq, bu qaçılmazdır. Bütün çətinliklərə sinə gərməyi isə insan zamanla öyrənər.



Hər zaman yanındayıq və səni çox sevirik.

Övlad böyüdən hər bir valideyn ona sevgisini də verməyi bacarmalıdır. Uşaqların bütün ömrü boyu yaddaşında saxlayacağı ən vacib cümlədir bu. Yuxarıda qeyd etdiyimiz cümlələri bəlkə də unudaraq deməyə bilərsiniz, lakin bu cümləni heç vaxt unutmayın və hər gün də təkrar edin. O zaman övladınız daha ürəkli böyüyəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!