Uşağınız yeni körpənizi qısqanmasın

Uşağınız yeni körpənizi qısqanmasın
Bir Ana - Bir Bala
10.09.2017 31
Ailənin yeni üzvünü gözləyirsiniz. Ancaq uşağınız indidən narahatdır. Çünki, yeni doğulacaq körpənin onun həyatına necə təsir göstərəcəyini bilmir. Bəlkə də ata-anasının artıq onunla maraqlanmayacağını düşünür.



Ona görə də tez-tez özündən çıxır. Elə isə sizin də borcunuz onu psixoloji cəhətdən bu hadisəyə hazırlamaqdır. Bəs bunun üçün nə etməlisiniz? Hər şeydən əvvəl yeni doğulacaq körpə barədə onu məlumatlandırmalısınız.



Uşağınızın bu barədə bütün suallarına cavab verməli, yeni körpənin ona olan sevginizi azaltmayacağını bildirməlisiniz. Uşağınızı psixoloji cəhətdən hazırladıqdan sonra yeni doğulacaq körpə ilə onun arasında "əlaqə" qurmalısınız. Məsələn, bətninizdəki körpəni oxşamasına icazə verməlisiniz.



Bundan başqa, körpənin uşağınız üçün tərpəndiyini və ona öpüş göndərmək istədiyini də deyə bilərsiniz. Körpəniz üçün alış-verişə çıxdıqda onun da fikirlərini öyrənin. Digər tərəfdən, doğum zamanı uşağınızı onun istədiyi adamların yanında qoyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!