Bezi necə dəyişdirməli

Bezi necə dəyişdirməli
Bir Ana - Bir Bala
10.09.2017 61
Siz və körpənin məmnun olana qədər körpə bezlərini dəyişdirməyi öyrənmək üçün biraz məşqə ehtiyac var. Yuyulan və ya birdəfəlik bezlərdən istifadə etməyinizdən asılı olmayaraq, bez dəyişdirməyin əsasları eynidir:



Sizə lazım hər şeyi əlçatan yerdə qoyun - nəm əski və ya parça, ilıq su, dəsmal, təmiz bez.

Körpənizi arxası üstə uzandırın və bezin təmiz kənarlarını istifadə edib nəcisin çox hissəsini silərək çirkli bezi çıxardın. Qalanını isə nəm əski və ya parça və su istifadə edərək silin. Hər zaman öndən arxaya doğru silin.

Dəsmalla ehtiyatla qurulayın.

Əgər səpgi varsa, bez kremdən istifadə edin.

Körpəni topuqlarından ehtiyyatla qaldıraraq, yuxarı kənarının bel səviyyəsində və yapışqan hissələri arxasında olmaq şərtilə bezi körpənizin altına qoyun. Bezi önə doğru qatlayın ki, bel bağı qarnında olsun. Birdəfəlik bezi bağlamaq üçün yapışqan hissələri qaldırın və onları öndəki bel bağına yapışdırın. Yuyulan bezlər üçün isə, bezin körpənizin ayağı ətrafında dar olmadığını yoxlayaraq kənarlarını bağlayın.

Siz əllərinizi yuyarkən körpənizi çarpayıya qoyun - nəzarət olunmayan körpələr bez dəyişmə stolundan fırlanıb yıxıla bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!